Əhməd Əhmədzadənin Neftçaladakı kadrı Elçin Əsədov neçə oliqarx oldu?

1 175 26-03-2018, 17:02 siyaset / bolge / gundem

Əhməd Əhmədzadənin Neftçaladakı kadrı Elçin Əsədov neçə oliqarx oldu?
Heç kəsə sirr deyil ki, bu gün dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatları önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, yeni iş yerlərinin açılması, ölkənin ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi prioritetdir və bu məqsədlə yerli icra orqanları sahibkarlara, fermerlərə hərtərəfli dəstək göstərməlidir Amma təəssüf hissiylə qeyd etməliyik ki, prezidentin məlum tövsiyyələri heç də hər yerdə uğurla yerinə yetirilmir.

Realliqinfo.org – a daxil olan məlumata göə Prezidentin tövsiyyələrinə məhəl qoymayan məmurlardan birinin də Neftçala Suvarma Sistemləri İdarəsinin mudiri Elçin Əsədov olması bildirilir. Bu il qış ayında yağıntıların məhdud olması kənd təssərrüfatı sahəsində bəzi problemlərin yaranmasına səbəb oldu. Hazırda taxıl və yonca səhələrinin təcili suvarılmasına, həmçinin pambıq əkiləcək əkin sahələrinin arata qoyulmalıdır. Lakin
Neftçalanın əksər kəndlərində əkin sahələrini suvarmaq üçün kənd sakinləri Neftçala Suvarma Sistemləri İdarəsindən su ala bilmirlər. Bunun səbəbi isə çox sadədir.Neftçala Suvarma Sistemləri İdarəsini müdiri Elçin Əsədov suyu balıq saxlanılan süni göllərin sahiblərinə satır”.
Şikayətçilər qeyd edir ki, Elçin Əsədov ancaq pullu adamların və məmurların sahib olduğu torpaqlara su verir. Kasıb təsərrüfat sahibləri isə Allahın ümidinə qalıb.

Realliqinfo.org-a məlumat verən şikayətçilərin sözlərinə görə,hazırda Suvarma Sistemləri İdarəsinin nəzarətində olan su kanallarının durumu bərbaddır. Əkin sahələrinə verilən suyun normadan aşağı olması və su arxlarının bərbad olması kənd sakinlərinin işini çətinləşdirir. İdarənin tabeliyində xeyli sayda texnikanın olmasına baxmayaraq su kanalları təmizlənmir. Hər il biz məcbur qalaraq qazandığımız qəpik-quruşdan, balalarımızın boğazından kəsərək kanalları təmizlədirik.Elçin Əsədov ilboyu varlı adamların, məmurların torpaqlarına gedən su kanallarını təmizlətməklə məşğuldur”. Nəzərinizə çatdırmaq istəyirik ki, Neftçala rayonunda çöl kəndlərinin əkin sahələrini suvarmaq üçün 2010-cu ildə çəkilmiş su borularına 2,5 milyon manat pul xərclənsə də, hələ indiyə qədər heç kim oradan bir qaşıq su belə götürə bilməyib.

Neftçala Suvarma Sistemləri İdarəsinin hesabına “kiçik oliqarxa” çevrilən Elçin Əsədovun sərvətininin isə sayı hesabı yoxdur. Onun paytaxt Bakıda 3-4 evinin, Neftçala şəhərində bir neçə obyekti, rayonda böyük balıqçılıq vətəgələri və xeyli bilmədiyimiz mal-mülkü mövcuddur. Elçin Əsədovun adının hallandığı maliyyə maxinasiyaları ilə bağlı məsələyə «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə, eləcə də digər aidiyyəti dövlət qurumlarından heç bir reaksiya gəlməyib. Bu isə hələlik idarə rəisinə özbaşına əməllərini rahat formada həyata keçirməyə imkan verir… Qarşı tərəfi də dinləyə bilərik.
Taleh

XƏBƏR LENTİ