Neftçala Suvarma Sistemləri İdarəsində dəhşətli ölüm

919 29-03-2018, 09:29 siyaset / gundem

Neftçala Suvarma Sistemləri İdarəsində dəhşətli ölüm
Neftçala Suvarma Sistemləri İdarəsində ölüm hadisəsi baş verib

Realliqinfo.org xəbər verir ki, hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.

Sayta məlumat verən rayon sakinləri bildiriblər ki, tikinti işləri zamanı Neftçala Suvarma Sistemləri İdarəsinə məxsus qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.

Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xatırladaq ki, Realliqinfo.org olaraq Neftçala Suvarma Sistemləri idarəsində baş verən özbaşınalıq haqqında qeyd etmişdik. İdarə rəisinin fermerlərə, eləcədə vətəndaşlara su vermədiyini və bunun üçün özəl qaydalarına əsaslanaraq rüşvət tələb etdiyini yazmışdıq. Lakin zamanında tədbir görülməməsi daha ağır nəticələrə yol açdığının şahidiyik.
Nəzarətsiz və müqaviləsiz görülən işlərin insan həyatı üçün yaratdığı təhlükəni görmək istəməyən aidiyyatı qurumların bundan sonra qanuni addım atacağına ümid edirik.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ