Lənkəranda ağır yol qəzası:ölənlər var

885 31-03-2018, 19:30 hadise / gundem

Lənkəranda ağır yol qəzası:ölənlər var
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, "Shacman" markalı yük maşını ilə "VAZ-21015" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərdən 2-si kişi, 3-ü qadındır. Bir yaralı uşaq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ