Bütöv Azərbaycan Ocaqları (BAO) İraqda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat verib

842 16-05-2018, 12:11 cemiyyet

 Bütöv Azərbaycan Ocaqları (BAO) İraqda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat verib
Bütöv Azərbaycan Ocaqları (BAO) İraqda keçirilən parlament seçkilərində İraq türkmanlarına qarşı həyata keçirilən saxtakarlıqlara qarşı bəyanat verib. Bəyanatın mətni aşağıdakı kimidir:

Bütöv Azərbaycan Ocaqlarının

BƏYANATI

12 may 2018-ci il tarixində İraq Parlamentinə keçirilən seçkilərdə 18 əyalətdən 328 nəfərlik millət vəkili yerinə Türkman Cəbhəsindən onlarla türkman namizədlər də yer almışdır. Ancaq seçki axşamı bəlli olmuşdur ki, Kürdüstan Yurdsevərlər Birliyi və bəzi Ərəb təşkilatları öz aralarında razılığa gələrək Türkman Cəbhəsinin əleyhinə Kərkükdə, Süleymaniyədə, Ərbildə və türkmanlar yaşayan digər əyalətlərdə saxtakarlığa, hiyləyə əl atmışlar. Burada əsas məqsəd Türkman millət vəkillərinin İraq Parlamentində azlıqda qalması olmuşdur ki, bu da Türkman xalqının ciddi etirazı ilə nəticələnmişdir. Türkman əhalisi Kərkükdəki seçki qutularının Bağdada göndərilməsinə etiraz olaraq davamlı aksiyalar keçirmiklə yanaşı, mayın 15-də də Kərkük-Bağdad yolunu bağlayıblar. Bu zaman kimliyi bəlli olmayan silahlı adamlar tərəfindən Türkman göstəricilərə atəş açılıb ki, bu zaman nümayişçilər arasından yaralananlar olub.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq tələb edirik ki, İraq hökuməti Türkman xalqına qarşı haqsızlığa son versinlər. Çünki İraq dövlətində ərəb və kürdlər qədər türkmanlar da söz sahibi olmalıdırlar. Bu anlamda kürd və ərəb təşkilatlarının Türkman xalqına qarşı hiyləyə əl atması yolverilməzdir. Biz Azərbaycan türkləri olaraq haqq və ədalət yolunda olan Türkman xalqının, xüsusilə də onun əsas təmsilçisi İraq Türkman Cəbhəsinin yanındayıq. BAO olaraq hesab edirik ki, Türkman xalqının iradəsini ifadə etməyən İraq Parlamenti legitim ola bilməz. Ona görə də, Türkman xalqının, o cümlədən İraq Türkman Cəbhəsinin bu məsələdəki mövqeyini doğru hesab edir, onların bu vyolda atacağı hər bir addımı müdafiə edəcəyik!!!

Bütöv Azərbaycan Ocaqları

Bakı, 15.05.2018.

Xeberdar.net

XƏBƏR LENTİ