Gürcüstan prezidentinin kürəkəni Tiflisdə güllələnib

750 6-07-2018, 09:22 dunya

Gürcüstan prezidentinin kürəkəni Tiflisdə güllələnib
Cümə gününə keçən gecə Gürcüstan prezidentinin kürəkəni Mindiya Qoqoçuriyə qarşı silahlı hücum olub. O, güllə yaraları alaraq xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Rustavi 2" teleşirkəti məlumat yayıb.

"Qoqoçuri Respublika xəstəxanasına yerləşdirilib, orada əməliyyat olunacaq", - deyə məlumatda bildirilir.

Gürcüstan mətbuatı Daxili İşlər Nazirliyinin artıq faktla bağlı araşdırmalara başladığını yazır. Hadisənin təfərrüatları məlum deyil.

XƏBƏR LENTİ