İmişlidə su boruları çıxarılır, "Azərsu" ASC-nin rayondakı səlahiyyətlisi isə səbəbi bilmir?

1 059 13-07-2018, 12:46 bolge / gundem

İmişlidə su boruları çıxarılır, "Azərsu" ASC-nin rayondakı səlahiyyətlisi isə səbəbi bilmir?Əslində "Azərsu" ASC-nin İmişlidə hal-hazırda icra etdiyi işlə bağlı suala Etibar Tağıyev kimi cavabı xalq artisti Mübariz Tağıyev verə bilər. Bəs Etibar Tağıyevə nə düşüb ki, ona verilən suallara xalq artisti kimi cavab verir?
İmişlidə su boruları çıxarılır, "Azərsu" ASC-nin rayondakı səlahiyyətlisi isə səbəbi bilmir?
80-ci illərin sonlarında İmişlinin əksər kəndlərinin su təminatının yaxşılaşdırılması məqsədilə çəkilmiş su boruları artıq bir neçə gündür ki, "naməlum" MMC tərəfindən, yenə naməlum səbəblərdən çıxarılır. Ötən gün məlumat verən mənbə bildirdi ki, bir zamanlar kəndlərdə hər məhəlləyə, küçəyə çəkilmiş, eyni zamanda su krantları ilə təchiz edilmiş boruların torpağın altından çıxarılması sanki dövlət sirri formasında icra edilir. İşlər o qədər məxfi aparılır ki, insanlarda haqlı şübhələr yaranır. Mənbə əlavə olaraq bildirdi ki, məsələ ilə bağlı "Azərsu" ASC-nin tabeliyində fəaliyyət göstərən İmişlidəki müəssisənin rəhbəri Etibar Tağıyev ona boruçıxarma prosesinin səbəbi ilə bağlı sual verənlərə, qısa və konkret olaraq - mən bilmirəm, "Azərsu" onlara arayış verib - deyə cavab verir. Maraqlıdır dövlət qurumunun səlahiyyətlisi cavabdeh olduğu dövlət əmlakının "naməlum" MMC tərəfindən çıxarılmasının səbəblərini necə bilmlr?

İmişlidə su boruları çıxarılır, "Azərsu" ASC-nin rayondakı səlahiyyətlisi isə səbəbi bilmir?
[img=left]O hansı arayışdır ki, "naməlum" MMC-yə dövlət əmlakını istədiyi formada mənimsəməyə icazə verir? Və ya əgər Etibar Tağıyev məsələnin mahiyyətini öyrənmək üçün nədən tabe olduğu quruma müraciət etmir? Nə üçün İmişli rayon polis idarəsi məsələyə göz yumur? Axı baş idarənin razılığı əsasında icra edilən hər hansı bir məsələdən yerli qurumun məlumatsız olması absurddur. Əslində "Azərsu" ASC-nin İmişlidə hal-hazırda icra etdiyi işlə bağlı suala Etibar Tağıyev kimi cavabı xalq artisti Mübariz Tağıyev verə bilər. Və bu da başa düşüləndir. Zatən adam artistdir. Hardan builsin ki, "Azərsu" ASC İmşlidə nə işlə məşğuldur? Bəs Etibar Tağıyevə nə düşüb ki, ona verilən suallara xalq artisti kimi cavab verir? Deməli prosesin ictimaiyyətə məlumat vermədən, qapalı aparılmasının özəl səbəbləri var. Elə isə aidiyyatı strukturlar buyursunlar, mediaya məlumat versinlər. Əvvəla nədən təxminən 30 il bundan öncə çəkilmiş su boruları indi sökülərərək torpağın altından çıxarılır? Boruların çıxarılması əvəzinə, olmazmı faktiki çəkimiş xətlər yenidən bərpa olunsun və kənd sakinlərinin su ilə bağlı problemləri həll edilsin?[/img]
İmişlidə su boruları çıxarılır, "Azərsu" ASC-nin rayondakı səlahiyyətlisi isə səbəbi bilmir?
Axı ölkə Prezidenti cənab İlham Əliyevin insan amilini ön plana çəkməsi siyasəti nə üçün bəzi qurumları bu qədər narahat edir? Nədən hətta kəndlərdə yaşayan soydaşlarımız fasiləsiz su təminatından yararlanmasınlar? Mənbənin Bakunews.az-a verdiyi məlumata görə yol kənarlarının, əhalinin pay torpaqlarının dağıdılması ilə müşahidə olunan prosesə Rəhim adlı şəxs rəhbərlik edir. Məlumatda o da bildirilir ki, su boruları çıxarıldıqdan sonra Tər-Tər rayonu istiqamətinə aparılır. Prosesə çəlb edilən traktora günəmuzd işləmək üçün 259 AZN verən Rəhimin fəhlələrlə əmək müqaviləsi bağlamadığı da iddia edilir. Və o da iddia edilir ki...
İmişlidə su boruları çıxarılır, "Azərsu" ASC-nin rayondakı səlahiyyətlisi isə səbəbi bilmir?
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Bakunews.az
İmişlidə su boruları çıxarılır, "Azərsu" ASC-nin rayondakı səlahiyyətlisi isə səbəbi bilmir?

XƏBƏR LENTİ