Deputat Vahid Əhmədov dünən ölkədə yenidən elektrik kəsintilərinin yaranmasına münasibət bildirib.
Xeberdar.net məlumat verir ki, deputat Meydan TV-yə deyib ki, hüquq-mühafizə orqanları son hadisələrlə bağlı ciddi məşğul olmalıdır:
“Baş verənlərdə hansısa xarici qüvvələrin əli var və onlar Azərbaycandakı tərəfdaşlarından istifadə edirlər. Bu məqamlar araşdırılmalıdır. Yəqin ki, Dövlət Təhlükəsizlik Xidməti məşğul olacaq”.
Vahid Əhmədov indiki vəziyyətdə heç nəyi, təxribatı da istisna etmir:
“Ona görə ki, Azərbaycanın son qaz layihəsi bir sıra dövlətlərin xoşuna gəlməyib”.
O, “söhbətin hansı dövlətlərdən gedir” sualına “özünüz bilirsiniz” deyərək əlavə edib ki, İran da, Rusiya da ola bilər:
“Çünki TAP və TANAP layihələrinin həyata keçirilməsinə Rusiya dövləti maraqlı deyil. Avropanın qaz bazarının 60 faizi faktiki bu ölkənin nəzarətindədir. Bundan başqa səbəblər də ola bilər, hər halda hüquq-mühafizə orqnaları araşdırmalıdır”.