Paşinyan Azərbaycanı hədələyib

855 8-09-2018, 16:37 cemiyyet

Paşinyan Azərbaycanı hədələyib Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri və Vladimir Putinlə danışıqları ərəfəsində səs-küylü siyasi bəyanatla çıxış edib. Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

“Ermənistan respublikası və erməni xalqı güclü əks-zərbə vurmağa hazır olmalıdır və heç kim Qarabağ münaqişəsinin nizama salınması məsələsində bizimlə təhdid, məcburetmə və güc dilində danışa bilməz”, – deyə o, “Zinuj” proqramına eksklüziv müsahibəsində bildirib.

Nikol Paşinyan müsahibəsində Ermənistan silahlı qüvvələrinin döyüş bacarığı və maddi-texniki təminatı, Qarabağ münaqişəsinin nizama salınmasının mexanizm və imkanları, Ermənistan-Rusiya münasibətləri və KTMT-nın fəaliyyəti məsələlərinə toxunub.

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri rəsmi səfərlə Rusiyaya yola düşür. Orada onun Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışıqları planlaşdırılıb.

XƏBƏR LENTİ