Təhsil haqqını verə bilməyən istedadlı tələbələrin pulunu dövlət ödəyəcək –Prezident Fərmanı (QAYDALAR)

942 2-11-2018, 20:57 sosial

Təhsil haqqını verə bilməyən istedadlı tələbələrin pulunu dövlət ödəyəcək –Prezident Fərmanı (QAYDALAR)Azərbaycan Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Gənclər Fondunun nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərcləri maliyyələşdiriləcək.

Fonddan Trend-ə verilən məlumata görə, maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.

Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcək:

Milli qəhrəman övladları;

I, II və III qrup əlil olan gənclər;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

I qrup əlil valideyni olan gənclər;

Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;

Aztəminatlı ailədən olan gənclər.

Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər:



Bakı Dövlət Universiteti
Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

Azərbaycan Memarlıq və İnşaat Universiteti
Bakı Slavyan Universiteti
Azərbaycan Dillər Universiteti
Bakı Mühəndislik Universiteti
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Sumqayıt Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Gəncə Dövlət Universiteti
15 Azərbaycan Texnologiya Universiteti

Mingəçevir Dövlət Universiteti
Naxçıvan Dövlət Universiteti
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Milli Konservatoriyası
Naxçıvan Müəllimlər İnstitutu
Azərbaycan Tibb Universiteti
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Dövlət Dəniz Akademiyası
Milli Aviasiya Akademiyası
“ADA” Universiteti
Bakı Ali Neft Məktəbi
Azərbaycan Turizm və Menecment Universiteti
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı.

XƏBƏR LENTİ