Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib

614 21-01-2019, 14:11 dunya

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilibErmənistanda “casusluq” və “vətənə xəyanət” maddələri ilə məhkum olunan 8 nəfərdən biri Azərbaycan mənşəli İran vətəndaşı Bəhnam Bağıridir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin məhkəmə departamenti açıqlama yayıb. Bağıri 2010-cu ildə Azərbaycanın xeyrinə casusluq etməsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə bu işdə şübhəli şəxs kimi keçən Qevork Ayrapetyan isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Sonuncu dəfə 2016-cı ildə Rafik Papoyan Azərbaycanın xeyrinə casusluq etdiyi üçün 14 il həbs cəzası alıb.

Ermənistan məhkəmə departamenti 1993-cü ildən bəri 20-dən artıq adamı “vətənə xəyanət” və “casusluq” ittihamı ilə azadlıqdan məhrum edilib.

XƏBƏR LENTİ