Lapşin Azərbaycanla bağlı yeni böhtan kampaniyasına hazırlaşır: DİQQƏT!

608 22-01-2019, 17:08 gundem

Deyəsən rus blogger Bakının mərhəmətini Tanrı mərhməti kimi sonsuz hesab edir
Lapşin Azərbaycanla bağlı yeni böhtan kampaniyasına hazırlaşır: DİQQƏT!
Ermənistanda səfərdə olan, 2016-cı ildə Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan tərəfindən həbs edilən rus blogger Aleksandr Lapşin ölkəmizlə bağlı yeni böhtan kampaniyasına hazırlaşır.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə blogger erməni jurnalistlərinə açıqlamasında qeyd edib. O bildirib ki, Ermənistanın sərhəd bölgələrini gəzmək, “Azərbaycanın atəşinə məruz qalan kəndlilər haqqında” bloqunda yazmaq niyyətindədir.

Lapşin bu məqsədlə Ermənistan XİN-nin mətbuat xidmtinə müraciət etdiyini vurğulayıb.

Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyinə, onun haqqında böhtan xarakterli məlumatlar yaydığına görə Bakı tərəfindən həbs edilən Lapşin, Azərbaycanla bağlı yeni böhtan kampaniyasına hazırlaşır. Deyəsən rus blogger Bakının mərhəmətini Tanrı mərhməti kimi sonsuz hesab edir. Lakin unudur ki, Azərbaycanın mərhəmətinin də bir sonu var və o, bu kəs ölkəmiz haqqında səsləndirdiyi böhtanların hesabını bundan sonrakı həyatını həbsxanada keçirməklə ödəyə bilər.

Xeberdar.net

XƏBƏR LENTİ