AAAF Sakinləri Prezidentə Şikayət məktubu yazdı

734 23-01-2019, 10:01 cemiyyet / gundem

AAAF Sakinləri  Prezidentə Şikayət məktubu yazdı

AAAF MMC (AAAF Park Yaşayış Kompleksi) – nin qeyri-peşəkar kadr qruplaşmasından və AAAF MMC-nin rəhbərliyinin yarıtmaz fəaliyyətindən dolayı sakinlər daxildə dəfələrlə problemləri rəhbərliklə müzakirə edib həll etməyə çalışsalar da AAAF rəhbərliyi verdiyi sözlərə əməl etmədikləri üçün sakinlər təngə gələrək, çıxış yolunu nəhayətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etməkdə gördülər. 160 sakinin imzaladığı məktubda binalarda liftlərin quraşdırılmaması, qazla təmin edilməməsi, yaşayış olan binaların dövlət balansına keçirilməməsi, çıxarışların verilməməsi, elektrik, qaz, su, istilik kimi təməl xidmətlərin kəsintisiz və keyfiyyətli şəkildə yerinə yetirilməməsi, qanunsuz yığımların olması, AAAF Park rəhbərliyinin sakinlərə qarşı qıcıqlandırıcı hərəkətlər etməsi kimi problemlərin uzun illərdir davam etməsi qeyd olunub.
Sakinlər Cənab Prezidentdən tez bir zamanda problemlərinin həll edilməsi üçün tapşırıq verməsini və bu məsələni öz nəzarətində saxlamasını xahiş edib.

Məktubun çox qısa zamanda ünvana çatmasının ardından İqtisadiyyat Nazirliyinin Mənzil Kommunal İdarəsinin əməkdaşları tərəfindən şikayətlərə münasibət bildirilib, sakinlərlə görüş keçirilib. İkinci görüşü isə AAAF Park rəhbərliyi və sakinlərlə birlikdə keçirən nazirlik əməkdaşları AAAF Parkda olan problemlərə münasibət - qanunsuz fəaliyyətlərə öz haqlı iradlarını bildirib. Görüşün nəticəsi olaraq, AAAF Park rəhbərliyi sakinlərin etimadını qazanmaq üçün lazimi tədbirləri görəcəklərini, problemləri 2 ay müddətinə (mart ayının sonuna kimi) həll edəcəklərini nazirlik əməkdaşları və sakinlərin qarşısında öhdəlik olaraq götürüb və ən qısa zamanda işlərə başlayacaqlarına söz verdilər. Öz qeydlərini götürən nazirlik əməkdaşları məsələni Cənab Prezidentə məruzə edəcəklərini bildirdi və bu müddət ərzində sakinlərə səbirli olmağı tövsiyyə etdi.

AAAF Park sakinləri İqtisadiyyat Nazirliyinin əməkdaşlarının sakinlərin pis yaşayış şəraitini və buna səbəb olan problemləri dəqiq və qərəzsiz olaraq Cənab Prezidentə məruzə edəcəyindən, hər məsələdə olduğu kimi bu məsələdə də Cənab Prezidentin problemlərlə bağlı ən düzgün və ədalətli qərarı verəcəyindən əmin olduqlarını qeyd etdilər.
AAAF Park Sakinləri

Xeberdar.net

XƏBƏR LENTİ