Qrenlandiya sürətlə əriyir, okeanlar daşa bilər – Xəbərdarlıq

732 23-01-2019, 15:33 dunya

Qrenlandiya sürətlə əriyir, okeanlar daşa bilər – XəbərdarlıqMütəxəssislər Qrenlandiya ilə bağlı həyəcan təbili çalır. Ada sürətlə əriyir, okeanlarda suyun daşması təhlükəsi yaranıb.
2003-cü ildən bəri Qrenlandiyada buz qatlarının əriməsi daha sürətli xarakter alıb. Son 10 ildə sürət 4 dəfə artıb. Ümumiyyətlə, 2002-2016-cı illər aralığında burada ildə orta hesabla 280 milyard ton buz əriyib.

Qrenlandiyada təxminən 1,7 milyon kvadrat kilometri əhatə edən buz örtüyü var. Atlantik okeanındakı ərazinin böyük hissəsi buzla əhatələnib. Adada 3 milyon kub kilometrə qədər buz var. Bunun əriməsi təsəvvür edilməyəcək dərəcədə böyük faciəyə yol aça bilər. Qrenlandiyanın tam əriməsi okeanda suyun səviyyəsinin 7 metr yüksəlməsi deməkdir.

Qlobal istiləşmə sözünü deyir. Məhz iqlim dəyişikliyinə görə son 15-16 ildə ərimə bu qədər sürətlənib. İndi bu prosesi ABŞ və Almaniyanın birgə missiyası olan GRACE izləyir.
Qrenlandiya sürətlə əriyir, okeanlar daşa bilər – Xəbərdarlıq
Buz qatlarının əriməsi daha çox Qrenlandiyanın cənub-qərbində su bolluğu yaradır. Çünki oralarda belə buzlaqlar, demək olar, yoxdur.

Hələlik əriyən buz qatları lap böyük təhlükə yaratmayıb. Atlantik okeanının səviyyəsi məhz bu amilə görə hər il cəmi 0,76 mm artır.

XƏBƏR LENTİ