1 saylı Xəzinədarlıq İdarəsinin rəisi haqda ilginc iddialar…

1 saylı Xəzinədarlıq İdarəsinin rəisi haqda ilginc iddialar…Ötən həftə Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Həmin Fərmana əsasən Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edildi və onun funksiyaları Nazirliyin Aparatına verilməklə bərabər, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradıldı.

AzToday.az-a daxil olan məlumata görə prezident İlham Əliyevin Maliyyə Naziliyi yanında Dövlət Xəzinadarlıq Agentliyinin yaradılması haqqında Fərmanına ən çox sevinən məmur 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev olub.

Belə ki, uzun müddətdir Maliyyə Nazirliyi yanında müstəqil Dövlət Xəzinadarlıq Agentliyinin yaradılmasını intizarla gözləyən Nadir Qarayev adı çəkilən qurumun rəhbəri olmaq istəyi ilə “alışıb yanır”.

AzToday.az-a veilən məlumatda bildirilir ki, prezidentin Dövlət Xəzinadarlıq Agentliyinin yaradılması ilə bağlı verdiyi Fəmnadan dərhal sonra Nadir Qarayev və havadarları hərəkətə keçiblər. Çünki adı çəkilən qurumun rəhbərliyinə Maliyyə Naziri Samir Şərifovda öz kadrını gətirtmək istəyindədir. Məhz buna görədə nazir müavini Azər Bayramov və Nadir Qarayev bütün əlaqələrini işə salmaqla rəqiblərini zərərsizləşdirmək istəyirlər.

Nazirlikdəki mənbənin iddasına görə Nadir Qarayevin Dövlət Xəzinadarlıq Agnetliyinin rəhbəri vəzifəsinə təyin edilməsi yaxın bir-iki həftədə gerçəkləşə bilər. Bunun üçün Maliyyə naziri Samir Şərifovun da ona “xeyir dua” verməsi lazımdı. Mənbə qeyd edir ki, “Nadir Qarayevin dostları və himayədarları çox güman ki, Samir Şərifovu razı sala biləcəklər və o zaman onun arzusu gerçəkləşəcək.

1 saylı Xəzinədarlıq İdarəsinin rəisi haqda ilginc iddialar…

  • 24-01-2019, 14:19
  • 194


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI