Avropa İttifaqı Venesuela müxalifətini dəstəklədi – RƏSMİ

592 25-01-2019, 11:20 dunya

Avropa İttifaqı Venesuela müxalifətini dəstəklədi – RƏSMİ
Avropa İttifaqı (Aİ) xarici siyasət xidmətinin sədri Mayya Kosyançiç Venesuela hadisələrinə yönəlik Avropanın mövqeyini səsləndirib.

Məlumdur ki, bu ölkədə etirazçılar və müxalif parlament prezident Nikolas Maduronu hakimiyyətdən salmağa cəhdlər göstərir. Onun sözlərinə görə, Brüssel tam şəkildə, parlamentin sədri başda olmaqla, müxalifəti dəstəkləyir və seçkilər keçirilməsinə çağırır.

«Biz, Milli Assambleyanı dəstəkləyirik və seçkilərə gətirib çıxaracaq siyasi prosesi görmək istərdik» – deyə, xanım Kosyançiç bəyan edib.

O, təsdiqləyib ki, Brüsseldə Venesuela üzrə danışıqlar aparılır. Danışıqlarda Aİ ölkələri xarici işlər nazirliklərinin başçıları və Avropa diplomatiyasının başçısı Federiko Moqerini iştirak edirlər.

Bundan əvvəl, Fransanın prezidenti Emmanuel Makron bəyan edib ki, Venesuela prezidentinin istefasını tələb edən etirazçılar öz azadlıqları uğrunda mübarizə aparırlar.

İspaniya XİN başçısı Jozep Borrel isə Venesuelada vaxtıdan əvvəl seçkilərin keçirilməsinə çağırıb./Azpolitika.info

XƏBƏR LENTİ