Paşinyanla Qarabağdakı separatçılar üz-üzə gəldi:“Sülh sazişi olmadan xalqları barışa necə hazırlamaq olar?”

Paşinyanla Qarabağdakı separatçılar üz-üzə gəldi:“Sülh sazişi olmadan xalqları barışa necə hazırlamaq olar?”“Ermənistanın baş naziri Nikol Paşinyan bir dəfə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı xəbərdar etmişdi ki, onlar Ermənistanın daxili işlərinə qarışmasınlar, baş nazirə ağıl öyrətməsinlər, hətta Paşinyan bu məqsədlə Saakyanı təcili İrəvana da çağırmışdı. Ancaq deyəsən separatçılar Paşinyanın xəbərdarlığını qulaqardına vururlar”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, “Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurasının katibi” Vitaliy Balasanyan erməni saytlarından birinə müsahibəsində deyib ki, eks-prezident Robert Köçəryanın hakimiyyəti devirmək maddəsiylə ittiham olunması onda gülüş doğururur: “Hakimiyyətdə olan şəxs hakimiyyəti necə devirə bilər?” Balasanyan baş nazir Nikol Paşinyanı misal gətirərək, “bu, ona bənzəyir ki, Paşinyan hakimiyyətdə qalmaq üçün hakimiyyətə qarşı çıxır”.

Göründüyü kimi, separatçıların təmsilçisi Paşinyana meydan sulayır, baş naziri aşağılayır, onun həbsxanadakı rəqibinə açıq dəstək verir. Vitaliy Balasanyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə imzaladıqları bəyanatda “xalqları sülhə hazırlamaq lazımdır” müddəasını da anlamadığını bu sözlərlə ifadə edib: “Sülh sazişi olmadan xalqları barışa necə hazırlamaq olar?”. Başqa sözlə, Xankəndi danışıqların hazırki gedişindən də narazıdır.

Əslində, Balasanyan lideri Bako Saakyanın düşündüyünü deyir”.

Politoloq deyir ki, indi cavab vermək növbəsi Nikol Paşinyanınıdır: “Paşinyan Xankəndidən ona qarşı uzanan ittihamlara sussa separatçılar onu zəif bilib daha çox üstünə gedəcəklər. Biz isə Xankəndi ilə İrəvan arasındakı bu “mesajlaşmanı” diqqətlə izləməli və öz faydamız üçün istifadə etməyi bacarmalıyıq. Ancaq bunu bacarmaq üçün usta gedişlər və gərəkli informasiyaların kənara yayılmasını təmin etmək lazımdır”.

Paşinyanla Qarabağdakı separatçılar üz-üzə gəldi:“Sülh sazişi olmadan xalqları barışa necə hazırlamaq olar?”

  • 29-01-2019, 14:49
  • 142


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI