Nazim İmanovdan şikayətçi xanım məhkəməyə üz tutdu-VİDEO

733 1-02-2019, 16:19 cemiyyet / video

Nazim İmanovdan şikayətçi xanım məhkəməyə üz tutdu-VİDEO..AMEA-nın İqtisadiyyat İnstitunun əməkdaşı Bəxtinaz Danyalova bu gün "Təzadlar"a şikayətə gəlmişdi. Məlum olur ki, 15 ildir adıçəkilən institutda qüsursuz işləyən xanım işdən çıxarılıb. Nə Azərbaycan Həmkarlar Konfederasiyası, nə AMEA-nın Həmkarlar Komitəsi, nə də institutun həmkarlar təşkilatı işçinin hüquqlarını müdafiə edə bilməyib.

"Təzadlar"a müraciət edən xanımın videomüsahibəsində diqqəti çəkən məqamlar var.
Şikayətə münasibətini öyrənmək üçün AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun elektron poçtuna sorğu göndərildi. Hələki cavab yoxdur... Qarşı tərəfin mövqeyi olarsa, təqdim etməyə hazırıq.
***
Xatırladırıq ki, Prezident İlham Əliyev dünən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda dedi: “Son illərdə bir çox müəssisələr yaradılır və orada iş yerləri açılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir”.
Elə isə, qüsursuz işləyən işçi nədən səbəbsiz işdən azad edilir???
Onu da deyim ki, Bəxtinaz Danyalova hüquqlarını müdafiə etmək üçün məhkəməyə üz tutub... Daha ətraflı yazı təqdim ediləcək.

Xeberdar.net

XƏBƏR LENTİ