Taleyində beş uşaq, dörd ər və iki həbs cəzası olan İŞİD-çi qadın –İRAQ VƏ SURİYADAN RUSİYAYA QAYITMAQ İSTƏYƏN 2 MİNƏDƏK ANA VƏ AZYAŞLI VAR

595 1-02-2019, 17:18 dunya

Taleyində beş uşaq, dörd ər və iki həbs cəzası olan İŞİD-çi qadın –İRAQ VƏ SURİYADAN RUSİYAYA QAYITMAQ İSTƏYƏN 2 MİNƏDƏK ANA VƏ AZYAŞLI VARİlya Arxipov

“Bloomberg”, 01.0.2019


Zalina Qabibulayevanın taleyində beş uşaq, dörd ər və iki həbs cəzası var. Onun bütün ərləri – ölən, ya da həbsxanada olan “islamçı” militanlardır. Son iki ilini Zalina Suriyada keçirib, səlahiyyətlilərin onu Rusiyaya geri qaytarmasından əvvəl müharibə ilə üzləşən yüzlərlə qadın arasında olub.

37 yaşlı Qabibulayeva Çeçenistan Respublikasının paytaxtı Qrozni şəhərindən telefonla bildirib ki, o və uşaqları ayda 40 min rubl (610 dollar) müavinət alacaqlar.

Prezident Vladimir Putin terroristlərə qarşı amansız yanaşması ilə tanınır və bir dəfə “onları hətta tualetdə məhv edəcəyi”nə söz verib. Amma Rusiya İŞİD döyüşçüləri ilə əlaqəli qadın və uşaqların evlərinə qayıtmasına, Qərb ölkələrinə nisbətən, daha istəklidir. Putin uşaqların münaqişə zonasına getməyi könülü seçmədiyini söyləyərək motivasiyanı izah edib: “Onları orada taleyin ixiyarına buraxmaq haqqımız yoxdur”.

Suriya və İraqdan təxminən 100 ailə üzvü 2017-ci ilin sonlarında evlərinə qaytarılıb. Rusiya təcrübəsi İŞİD tərkibində olmuş şəxslərlə necə davranmaq lazım olduğunu ABŞ və Avropaya göstərir.

Hökumətlər keçmiş döyüşçüləri geri qaytarmaq istəmirlər. “Cihadçı”ların çoxu öldürülsə də, minlərlə qadın və uşaq İŞİD “xilafəti”nin dağılmasından sonra həbsxanalarda və həbs düşərgələrində keçirərək humanitar böhran doğurur və onların gələcək taleyi müəmmaldır.

“Ən aktiv proqram”

“Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Tanya Lokşinanın sözlərinə görə, “Rusiyanın insan haqları ilə bağlı vəziyyəti dərin problemdir, lakin o, Qərb demokratiyaları ilə müqayisədə, qayıdış məsələsində daha çox səy göstərib. Qlobal miqyasda Rusiyada İraq və Suriyadan, xüsusilə də uşaqlardan geri qaytarılmasına dair ən aktiv proqram mövcuddur”.

Paradoksal olsa da, proqramın təşəbbüsçüsü Çeçenistanın qorxulu lideri Ramzan Kadırovdur – 2017-ci ilin dekabrında ABŞ-ın sanksiyalar siyahısına salımış şəxs. Elə həmin ay Putin Kadırovun uşaqların xilası üzrə “nəcib” səylərini dəstəkləyib və müharibə zonasında tələyə düşən qadınlar barədə heç bir söz deməyib.

Prezidentin xeyir-duası Rusiyanın 25 milyonluq müsəlman kütləsi, ölkənin ikinci ən böyük dini qrupu üçün mühüm bir siqnal olub. Kreml Çeçenistanda və Şimali Qafqazda yetişdirilən militanlarla döyüşə-döyüşə Avropanın ən böyük müsəlman azlığının sədaqətini qorumağı bacarıb. Bununla belə, Yaxın Şərqdən gətirilən qadınlar təhlükəsizlik xidməti tərəfindən nəzarət altında saxlanılır və başqalarını ekstremizmdən yayınmaq üçün onlar mütəmadi olaraq İŞİD-lə əlaqələrini inkar edən çıxışlar etməlidirlər.

“Kavkazski uzel”in rəhbəri Qriqori Şvedovun sözlərinə görə, Kadırov bunu “Rusiya müsəlmanları arasında liderliyini vurğulamaq” və ictimai imicini artırmaq üçün edib.

Terrorizm təhlükəsi

Çeçen hüquq müdafiəçisi Çeda Saratovanın sözlərinə görə, ümumilikdə 21 qadın və 105 uşaq Rusiyaya qayıdıb. Rəsmilər 2017-ci ilin avqustundan 11-ə qədər uçuş reysi təşkil ediblər və təşəbbüs 10 aylıq fasilədən sonra, dekabrın 30-a yenidən bərpa olunub: İraqdan gələn bir təyyarə ilə 15 yaşadək 30 uşaq gətirilib.

Kremlin uşaq haqları üzrə müvəkkili Anna Kuznetsova bildirib ki, fevral ayında Rusiyaya İraqdan təxminən 40 yetkinlik yaşına çatmayan uşağın qaytarılması nəzərdə tutulur. Növbəti reysdə Rusiyaya 27 uşaq gətiriəcək və rəsmi şəxslər İraqda yetim olaraq qalmış bəzi gənclərin problemlərini həll etməyə çalışırlar.

“İndi bu uşaqlar üçün məsuliyyət üzərinə götürən Kadırov və ya başqası deyil, Rusiyadır”, – uzun müddət Putinin müttəfiqi olan, Berlində yerləşən Mədəniyyətlərarası Dialoq tədqiqat qrupunun baş analitiki Aleksey Malaşenko bildirib.

Uşaqları geri qaytarmaq

Londondakı Kral Kollecində Radikalizasiya Tədqiqatı Beynəlxalq Mərkəzinin əməkdaşı Cina Veyl bildirib ki, “Rusiya və Çeçenistan hakimiyyət orqanları kiçiklər üçün ən çox repatriasiya həyata keçiriblər”.

İŞİD uşaqları zorakılıq törətməyə hazırlayıb, ancaq bu günə qədər yetkinlik yaşına çatmayanların qayıtması və onların münaqişə zonalarında tərk etməsi ilə əlaqədar təhlükəsizlik riskləri baş verməyib.

Rusiyanın İŞİD üzvü kimi həbs olunan qadınların cəzalarını vətəndə çəkməsinə dair Suriya və ya İraqla heç bir müqaviləsi yoxdur. Kremlin insan haqları ombudsmanı Tatyana Moskalkova bildirib. “Uşaqlar üçün xüsusi mexanizmlər var”.

Terrorçu ər

Qabibulayevanın ilk əri Rusiyanın cənubundakı Dağıstan bölgəsində öldürülüb, ikincisi, ABŞ həbsxanası Quantanamo düşərgəsində cəza çəkmiş şəxsdir və o, indi Rusiya həbsxanasında ömürlük həbsə məhkumdur. Onun son iki əri Suriyada İŞİD üzvü olub: biri öldürülüb, sonuncu Avropadakı həbsxanadadır.

Qadın 2012-ci ildə polis avtomobilin baqajında bomba tapdıqdan sonra iki il həbs cəzasına məhkum edilib. Sərbəst buraxıldıqdan sonra Qəbibulayeva Türkiyəyə köçüb və Suriyada İŞİD-ə qoşulub. Qayıtdıqda, qanunsuz silahlı qrupun üzvlüyünə görə ona 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

Saratovanın Moskvada Xarici İşlər Nazirliyinə göndərdiyi məktuba əsasən, Suriya və İraqda vətənə dönmək istəyən ən az 1779 qadın və uşaq var.

O deyib: “Vəziyyət hər gün daha da pisləşir. Qayıdış sürətləndirilməlidir”.

Tərcümə: Strateq.az

XƏBƏR LENTİ