İlham Rəcəbov qanunlara meydan oxuyur - Əhməd Əhmədzadənin kürəkəni istədiyini edir...

1 014 7-02-2019, 13:39 cemiyyet

İlham Rəcəbov qanunlara meydan oxuyur - Əhməd Əhmədzadənin kürəkəni istədiyini edir...Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadənin küürəkəni,Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri İlham Rəcəbovun Bakıda aldığı yeni mağazanın yüzlərlə ailənin həyatı üçün yaratdığı təhlükə barədə xəbər vermişdik. Bildirmişdik ki, polkovnik rütbəli İlham Rəcəbovun Yasamal rayonu, Hüseyn Cavid pr, 520 kvartal, ev 19, mən 30 ünvanında qızı Turan Rəcəbovanın adına aldığı obyekti genişləndirmək üçün qonşuluqdakı mənzili də alaraq binanın istinad divarını sökdürüb.
İlham Rəcəbov qanunlara meydan oxuyur - Əhməd Əhmədzadənin kürəkəni istədiyini edir...
Sakinlərin müvafiq qurumlara etdiyi şikayətlər baxmayaraq, İlham Rəcəbov binanın istinad divarını bərpa etmək əvəzinə yeni obyektində təmir işləri aparmaqda davam edir.

AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, İlham Rəcəbovun özbaşınalıq etməsinin əsas səbəbi qaynatası Əhməd Əhmədzadədir və ASC sədri kürəkəninin özbaşınalıqlarına qarşı müvafiq tədbirlərin görülməsinin qarşısını alır.

Sakinlərin şikayətini təqdim edirik:

İlham Rəcəbov qanunlara meydan oxuyur - Əhməd Əhmədzadənin kürəkəni istədiyini edir...
Rəcəbova Turan İlham qızının adına olan hər iki obyektin sənədlərini təqdim edirik:
İlham Rəcəbov qanunlara meydan oxuyur - Əhməd Əhmədzadənin kürəkəni istədiyini edir...
AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, İlham Rəcəbov təkcə Bakıda yüzlərlə bu tip obyekti və geniş biznes şəbəkəsinə sahibdir. Obyektlərinin hamısı qızları Səba və Turan Rəcəbovların adına rəsmiləşdirilib. İlham Rəcəbovun ölkə xaricində də böyük biznes qurduğu da yayılan məlumatlar sırasındadır. Polis polkovnikinin qaynı Cuma Əhmədzadənin vasitəsi ilə övladlarının adına Londonda da bahalı mülklər aldığı bildirilir. Növbəti yazılarımızda İlham Rəcəbovun Azərbaycandan xaricə çıxartdığı pulların həcmi ilə bağlı məlumat verməyə çalışacağıq.

AzToday.az

XƏBƏR LENTİ