Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

14 Bu gün, 12:34 idman

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu
7 noyabr 2025-ci il tarixində Şağan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin rəhbərliyi, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə idman karatesi (WKF) üzrə yeniyetmə və gənclər arasında 30-cu ölkə birinciliyi keçirilib.

Planetinfo.az xəbər verir ki, yarışlarda ölkənin müxtəlif bölgələrindən olan karateçilər kata və fərdi kumite üzrə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında ümumilikdə kata və şəxsi kumite üzrə 24 kateqoriyada 250-dən artıq idmançı mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçirilən birincilikdə qalib və mükafatçılar Azərbaycan yığma komandasının tərkibinə daxil ediliblər. Nəticələrə əsasən, U16 və U18 milli komandalarının tərkibi yenidən formalaşdırılıb.
Yarışda Rafael Agayevin Qara Brilliant karate klubu 7 qızıl medal qazanaraq, komandalar arasında 1-ci yerə çıxıb və Avropa çempionatına vəsiqə qazanıb.
Qara Brilliant klubunun idmançısı Nuray İbadova 3-cü dəfə Respublika 1-cisi olaraq, Avropa çempionatına vəsiqə qazanıb.
Xatırladaq ki, Qara Brilliant karate klubunun rəhbəri Rafael Ağayev, baş məşqçisi isə Pərviz Quliyevdir.
Yeri gəlmişkən,Nuray İbadova bu möhtəşəm qələbə münasibəti ilə təəssüratlarını Planetinfo.az-a bildirib: “Bu yarış mənim üçün çox vacib idi, çünki həm mövsümün ən önəmli sınaqlarından biri idi, həm də Avropa çempionatına vəsiqə qazandırırdı. Üçüncü dəfə Respublika birincisi olmaq mənim üçün qürurverici hissdir. Hər dəfə tatamiyə çıxanda yalnız bir məqsədim olur – daha yaxşı çıxış etmək və ölkəmizi layiqincə təmsil etmək.
Rəqiblər çox güclü idi, amma hər qarşılaşmada özümə inandım və məşq prosesində gördüyüm zəhmətin nəticəsini göstərməyə çalışdım. Qələbə təkcə mənim deyil, mənə dəstək olan məşqçim Pərviz Quliyevin, klubumuzun rəhbəri Rafael Ağayevin və komandamızın birgə zəhmətinin nəticəsidir.
Qara Brilliant klubunun bu yarışda 7 qızıl medal qazanaraq 1-ci yerə çıxması da bizi daha da ruhlandırdı. İndi əsas məqsədim Avropa çempionatında Azərbaycanı layiqincə təmsil etmək, orada da qızıl medal qazanmaqdır.
Mənə inanan və dəstək olan hər kəsə – ailəmə, məşqçilərimə və komanda yoldaşlarıma – təşəkkür edirəm”.

XƏBƏR LENTİ