Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

15 Bu gün, 11:21 medeniyyet

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib
Xəbər verildiyi kimi ötən həftə Respublikamızda, o cümlədən dünyanın hər yerində bütün soydaşlarımız 8 noyabr - Zəfər Gününün 5-ci ildönümünü böyük fəxarətlə qeyd etdi. Hər bir layiqli Azərbaycan vətəndaşı bu bayrama öz töhfəsini verir. Bir çox gənc istedadlar kimi Avstriya Konservatoriyasının magistrantı, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı, gənc pianoçu Ayan Məmmədli bu əlamətdar gün münasibətilə 07.11.2025 il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində möhtəşəm solo konsertlə çıxış etmişdir. Azərbaycan Respublikası Diaspora iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Budapeştdəki Azərbaycan evi və Azərbaycanın Macarıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününün 5-ci ildönümünə hasr olunmus "Victory in harmony" ( Harmoniyada zəfər) adlı konsertdə, Macarıstanda yaşayan və təhsil alan soydaslarımızla yanası yerli ictimaiyyətin, o cúmlədən dövlət qurumlarının, parlamentin, beyin mərkəzlərinin və kütləvi informasiya vasitələrinin nümayəndaələri, Qazaxıstan, Özbəkistan və Türkiyə Respublikalarının səfirləri daxil olmaqla, ölkədəki diplomatik korpusun təmsilçiləri, o cümlədən Azərbaycanın Macarıstandakı səfirii cənab Tahir Tağızadə və Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli istirak ediblər. Pianoçu Ayan Məmmədlinin konsertdə böyük şövqlə ifa etdiyi həm dahi macar bəstəkarı Listin, həm də Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən muğam və xalq mahnıları tamaşaçılar tərəfindən sürəkli və hərarətli alqışlarla qarşılanmışdır. Möhtəşəm zəfər sevincini öz musiqi ifalarına qatan Ayan Məmmədlinin çıxışı tədbir iştirakçıları arasında böyük çoşqu yaratmışdır. Bununla bağlı Ayan tamaşaçılara öz ürək sözlərini belə çatdırıb: “Şanlı zəfərimiz mənim ilham mənbəyimdir! Bu böyük qələbədən sonra mən, qalib ölkənin qalib vətəndaşl kimi, dünyanın harasında oluramsa olub, ifa etdiyim musiqilərin hər notu mənə Zəfər marşı kimi böyük ruh yüksəkliyi yaşadır! Ona görə də mən milli musiqilərimizi xarici ölkələrin səhnələrində böyük fəxarətlə ifa etməkdən qürur duyuram!”

XƏBƏR LENTİ