
Rusiya Federasiyasının Krasnoyarsk diyarının qubernatoru Mixail Kotyukov regionda ictimai-siyasi həyatda fəallıq göstərən bir sıra tanınmış şəxslərin təltif edib. Planetinfo.az xəbər verir ki, təltif olunanlar arasında Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatın sədri Taleh Mahmudov da var. Belə ki, Taleh Mahmudov qubernator Mixail Kotyukov tərəfindən Rusiya Federasiyasının siyasətinə verdiyi dəstəyə görə “Krasnoyarsk diyarının 90 illiyi” yubiley fəxri nişanı ilə təltif olunub.
Xatırladaq ki, Taleh Mahmudov 1998-ci ildən aktiv ictimai fəaliyyətlə məşğul olur. Onun fəaliyyəti əsasən, Azərbaycan mədəniyyəti və adət-ənənələrinin Krasnoyarsk vilayətində qorunub saxlanması və inkişafına yönəlib. 1998-ci ildə bilavasitə onun iştirakı ilə Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı yaradılıb. Taleh Mahmudovun rəhbərliyi altında bu təşkilat Krasnoyarsk vilayətinin, həmçinin şəhərin özünün sosial-mədəni və ictimai-siyasi həyatında daim iştirak edir. Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazanan Taleh Mahmudov uzun müddət Krasnoyarsk şəhər Deputatlar Şurasına deputatı olub. Dağıstanın Serqokolinsk rayonunun fəxri vətəndaşı olan Taleh Mahmudov 2018-ci ildə Vahid Rusiya Partiyasına üzv olub. Taleh Mahmudov 2019-cu ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən Fəxri Fərmanla, 2023-cü ildə isə Təşəkkürnamə ilə təltif olunub. Həmçinin Taleh Mahmudovun xidmətləri hər il müxtəlif dövlət mükafatları, Krasnoyarsk şəhərinin merinin və Azərbaycan hökumətinin təltifləri ilə qiymətləndirilir.