Sabah hava küləkli olacaq –XƏBƏRDARLIQ

Sabah hava küləkli olacaq –XƏBƏRDARLIQAzərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Xeberdar.net Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 8-də hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 08-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

ETSN xəbərdarlıq edir ki, fevralın 8-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Sabah hava küləkli olacaq –XƏBƏRDARLIQ

  • 7-02-2019, 13:10
  • 34


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Siyəzən rayon Təhsil İdarəsinın işçisi sadə xalqı hakimiyyətə qarşı üsyana çağırır
  2. “ELÇİBƏYLƏ ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU…” – Sensasion açıqlamalar
  3. Əhməd Əhmədzadə milyonları necə daşıyıb? - İTTİHAM
  4. İsmayıllı meşələrini viran qoyan məmurları meşəbəyi ifşa etdi/VİDEO FOTO
  5. Canlı əfsanə İzzət Rüstəmov (İkinci yazı)
  6. Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib –Bayramda əfv sərəncamı gözlənilir
  7. Mingəçevirdə tarixi silkələyə biləcək nadir tapıntı –Azərbaycanda dinozavrlar yaşayıb? (FOTO)
  8. Vahid Mustafayev ANS-in açılmasından danışdı – “Yayıma tam hazırıq”
  9. Akim Bədəlovun Cinayət Tarixçəsi, Şəhid Qızının Yerdə Qalan Naləsi…..ŞİKAYƏT
  10. RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA QAYITDI –Bir cənub şəhərində dostlarla qeyd edilən 80 illik yubiley (FOTOLAR)
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
MARAQLI