Minlərlə iranlı mühacir Paris küçələrinə çıxdı – Rejimi devirməyə çağırdı + VIDEO

Minlərlə iranlı mühacir Paris küçələrinə çıxdı – Rejimi devirməyə çağırdı + VIDEOÖtən gün Parisdə İran hakimiyyətinə qarşı etiraz nümayişi keçirilib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, bir neçə min iranlı müxalif İranda dini rejimin ləğv edilməsinə çağırıblar. Bu nümayiş İranda islam inqilabının baş verməsindən 40 il sonra keçirilir.

Nümayişə “Xalq mücahidləri” müxalif qruplaşması da qatılıb. Habelə bir sıra keçmiş və fəaliyyətdə olan fransalı siyasətçi nümayişə dəstək verib.

Nümayişçilər əllərində “Xalq mücahidləri”nin lideri Miriyam Rəcavinin portretlərini də tutublar. Bu təşkilat vaxtilə İraqda düşərgə salmışdı və İrana qarşı müharibə aparırdı. 2003-cü ildə İraqa müdaxilə edən Amerika qoşunları qruplaşmanı tərksilah edib.

İranda islam inqilabının 40 illiyinin tamam olduğu bir vaxtda ölkə dərin iqtisadi böhran içərisindədir və insanların inqilabla bağlı məyusluğu getdikcə artır. Bir tərəfdən ABŞ tərəfindən tətbiq edilmiş sərt iqtisadi sanskiyalar, digər tərəfdən hakimiyyətin korrupsiyalaşması iranlıların sosial-iqtisadi vəziyyətini xeyli ağırlaşdırıb. İran liderləri bu günlərdə ölkənin görünməmiş iqtisadi böhran içərisində olduğunu etiraf ediblər.

Minlərlə iranlı mühacir Paris küçələrinə çıxdı – Rejimi devirməyə çağırdı + VIDEO

  • 9-02-2019, 12:25
  • 151


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  3. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şamaxıda yeni kadr dəyişikliyi olub
  10. Şənbə günü üçün hava proqnozu açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI