İcra başçısı gənclərlə görüş keçirdi - XIRDALANDA

530 22-02-2019, 19:58 cemiyyet

İcra başçısı gənclərlə görüş keçirdi - XIRDALANDAbşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayon gəncləri ilə görüşü keçirilib.

Xeberfakt.az bildirir ki, Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşdə icra başçısı respublikada həyata keçirilən gənclər siyasətindən danışıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısı, eləcə də reallaşdırılan müxtəlif dövlət proqramlarının nəticəsində bu sahə üzrə böyük uğurlar əldə olunub. İcra başçısı bildirib ki, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə malik gənclərimizin ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda göstərdikləri fədakarlıqlar bizi hədsiz sevindirir. Onun sözlərinə görə,vətənimizin azadlığı və müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda aparılan mübarizədə gənclərimizin ön sırada dayanması, ata və babalarımızın qəhrəmanlıq ənənələrinin davamına parlaq nümunədir.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev vaxtaşırı müxtəlif sahələrdə uğurlar qazanmış gənclərlə görüşür, gəncliyin problemləri ilə daha yaxından tanış olur, onları düşündürən məsələlər ətrafında geniş fikir mübadiləsi aparır.

Daha sonar çıxış edənlər gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər. Son dövrdə Abşeron rayonunda geniş abadlıq və quruculuq işlərinin aparılması, xüsusən gənclərin asudə vaxtının səmərəli təşkili üçün park və xiyabanların, istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi, gənc kadrlara yüksək etimad göstərilərək irəli çəkilməsi rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Şamo Əliyev

İcra başçısı gənclərlə görüş keçirdi - XIRDALANDA
İcra başçısı gənclərlə görüş keçirdi - XIRDALANDA
İcra başçısı gənclərlə görüş keçirdi - XIRDALANDA
İcra başçısı gənclərlə görüş keçirdi - XIRDALANDA
İcra başçısı gənclərlə görüş keçirdi - XIRDALANDA

XƏBƏR LENTİ