Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!

707 26-02-2019, 09:31 siyaset / cemiyyet / gundem

Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!RUŞANZADƏ RUŞAN

Siyasi elmlər üzrə fəlsəfə doktoru. AMEA-nın Fəlsəfə İnstitutunun “Sosiologiya” şöbəsinin böyük elmi işçisi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

“Ermənilik” ideyasının həm yaranışı, patogen ideologiya olaraq, erməni kütləsini buna yoluxdurması, həm də bu ideologiyanın mütəmadi olaraq şüurlara hopdurmaq və davamlı surətdə təbliğinin, elmi, ictimai-siyasi sferada erməni nümayəndələrinin (təbliğatçıların, katalizatorların) formalaşması üçün I Pyotrdan etibarən Rusya imperiyası, sonralar Sovet Rusiyası, hazırda isə Putin Rusiyası tərəfindən birbaşa xüsusi fəaliyyət aparılmışdır, indi də aparılır.

Başqa sözlə, Rusiya ənənəvi olaraq erməniliyin “carçı”larını doğmuş və bəsləmişdir. Bu fikrimi əsaslandırmaq üçün 10.02.2016-cı ildə erməni diaspora təşkilatlarının dəstəyi ilə cəllad, bütövlükdə Qarabağ hadisələrində, xüsusən də Xocalı faciəsində türk körpələrinin qatili kimi “məşhurlaşan” cani Zori Balayanın səkkiz cildlik kitabının Rusiyada dövlət səviyyəsində nəşr edilməsi və Rusiyanın görkəmli nümayəndələrinin iştirakı ilə təntənəli təqdimatının keçirilməsini qeyd edə bilərəm. Bu, yuxarıda deyilənlərin əyani sübutudur.
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
“Ermənilik” ideologiyası nədir? Buna cavab üçün K.Rusinyanın “Ermənistan”- bu, sadəcə, ölkə deyil, ən azı sivilizasiyadır” xülyasını, yaxud, Q.Matevosiyanın erməniliyin atributu kimi qəbul edilən xülyalarına nəzər salaq: “Vətən Allahdan vacibdir. Vətəndən vacibi kilisə, kilisədən vacibi Böyük Tiqran, Böyük Tiqrandan vacibi isə Böyük Ermənistandır”.

Bu ideologiya təkcə qərbi Azərbaycanda, qədim İrəvan ərazilərində olan türk torpaqları ilə məhdudlaşmır. Belə ki, erməni quldurluğunun etnokorparasiya ideoloqlarından olan Sergey Vardanyana görə, İrəvandan savayı Türkiyə, Azərbaycan şəhərləri başda olmaqla Tiflis, Kiyev, Yerusəlim, Soçi, habelə, Aropada Almaniyanın Bavariya torpaqları və Macarıstan da daxil olmaqla erməniliyin 22 paytaxtı var.

Bununla belə, “Ermənistan paytaxtları” kitabının müəllifi bir dəfə müsahibə verərkən jurnalistin “Görəsən, nə üçün belə az?” sualına cavab olaraq iblisliklə “ah çəkir” və “Ermənistanın bütün 22 paytaxtı haqqında yazmağa bir ömür bəs etmədiyini” “kədərlə” söyləyir.

Yeri gəlmişkən, qeyd edilməlidir ki, bu kitab daima erməniliyi dəstəkləyən Vatikanın kitabxanasında yuxarı sıralarda saxlanılır… Əgər həmin kitab Vatikan kitabxanasında belə “nüfuz”a malikdirsə və hazırkı vəziyyətdə üzdə demokratiyadan, humanizmdən dəm vuran, arxada isə terror maşını olan işğalçı, erməniliyi qidalandıran, dəstəkləyən xristian müttəfiqliyinin hansı məqsədlərdə olduğu buradan aydın görünür.

Deməli, nəticə alınır ki, Azərbaycan ərazisində və müsəlman dövlətləri (Türkiyə ilə Cənubi Azərbaycan və Şimali Azərbaycan) arasına yerləşdirilmiş ermənilik, xristian müttəfiqliyinin geo-siyasi maraqları, xüsusən, Qafqazda xristianlığın ideoloji, maddi, coğrafi bazasının möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyətə malikdir.
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
Məhz hazırda xristian birliklərinin QARABAĞ FACİƏSİ, XOCALI SOYQIRIMI həqiqətlərinə münasibətdə tutduqları mövqe riyakarlığa əsaslanır. Bu iki tərəflilikdə Azərbaycana olan formal və nəticəsiz münasibət çoxminillik yurdundan, ata-baba torpağından vəhşicəsinə təcavüzlə və zorla qovulmuş, qaçqın, köçkün, soyqırıma məruz qalan, kütləvi qırılan Azəri türkünün haqqına ürək yanğısı deyil, enerji siyasətinin təhlükəsizliyin təmin edilməsi üçün göstərilən münasibətlərdir. Yəni, əgər Azərbaycan enerji resurslarına malik olmasaydı heç şübhəsiz ki, xristian birlikləri üçün əhəmiyyət kəsb etməzdi. Həta arxalı erməniliyin işğalçılığı müqabilində ikitərəflilik yox, birmənalı olaraq işğalı alqışlama münasibəti nümayiş etdirərdilər.

Fikrimi əsaslandırmaq üçün vurğulayım ki, Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü pozduğu zaman 09.09.2008-ci ildə Fransa prezidenti N.Sarkozinin təcili olaraq Tiflisə gəlməsi, həmçinin Ukrayna hadisələrində Krımın işğalına rəğmən ABŞ-ın və Avropanın Rusiyaya göstərdiyi təzyiqlər, sanksiyalar yuxarıda qeyd etdiyimiz xristianlıq amilinin bariz nümunələridir. Halbuki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozanda, Qarabağda faciələr, Xocalıda soyqırım törədəndə xristian dövlətləri müşahidəçi mövqeyində idi. Hətta 2015-ilin Aprel döyüşlərində Azərbaycanın haqq işinə qarşı çıxaraq, başda BMT-nin baş katibi olmaqla bütün xristian dövlət başçıları Azərbaycanı dayanmağa çağırdı… Yəqin aydındır nə demək istəyirəm.
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
Erməniliyin “Dənizdən-dənizə Ermənistan” planınına toxunan Ö.F.Nemanzadə hələ 1905-ci ildə “İrşad” qəzetində yazırdı: “Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin müəyyən itkisinə şərait yaradacaq. Beləliklə bütün Avropanın diqqətini “əzabkeş bir xalq” olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onu həyata keçirməyə yollar axtarırlar…” Çox təəssüf ki, bu tarixi fikir öz əksini göstərdi.

“Ermənilik” heç şübhəsiz ki, daima kilisədə təşkilatlanıb və kilisədən koordinasiya edilib. Bu ideologiyanın strateji hazırlığı və taktiki təhcizatı baxımından kilisə əvəzedilməz qərargahdır. Ona görə də haylar hələ XIX-XX əsrlərdə Gürcüstan ərazisindəki kilisələri belə ən hiyləgər vasitələrlə işğal etməyə çalışıblar. Bununla bağlı görkəmli gürcü yazıçısı və maarifçisi İ.Q.Çavçavadze 1902-ci ildə yazdığı “Bağıran daşlar və erməni təlimləri” adlı kitabında hayların işğalçı simasını bir daha ifşa etmişdir.

Məhz tarixən Xocalı soyqırımına qədər baş verən hadisələrin hamısı belə planlar istiqamətində inkişaf edib. Lakin təəssüf ki, biz bir xalq olaraq lazımı ibrətlər almamış, düzgün nəticələr çıxarmamışıq.

Erməniliyin hər vəchlə nəinki neqativ səciyyə daşıdığını, hətta kütləvi psixoz xarakterli patogen ideologiya olmasını təsdiq edən bir çox faktlardan biri də onun öz daxili münasibətlərində ciddi intriqaların mövcudluğudur. Bunlardan diaspor və “Ay Dat” “kentronı xayer” və “benqladeşi” arasındakı, ortodoksal ape, Qarabağ, İran, Rusiya, Surya ermənilərinin ictimai-siyasi şüurundakı ziddiyyətlərdir. Buna konkret nümunə kimi ermənilərin Livandan deportasiya edilməsinə qarşı çıxan Klikiya Evi katolikosu I Avraamla diaspor arasında olan çəkişmələr və sair göstərilə bilər.
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
“Erməniliyin əvvəlki etnososial mühitdə yeni mifologemlər axtarışını dayandırmaq və milli ekokvadratdan çıxmaq cəhdi etnokorparasiyanın artıq hamıdan üstün olması kimi təhlükəli həddə gətirib çıxarıb və “bəşəriyyətin yaranmasında və inkişafında” xüsusi hal qismində özünün yeni konseptual “mən” cizgilərini faktiki olaraq önə çəkib”.

Erməniliyin bir ideologiya kimi formalaşdırılması, zaman-zaman erməni kütləsinin beyninə yeridirilməsi və bu parazit ideologiyanın təkcə qənim kəsildikləri Türkə qarşı deyil, hətta məqsədlərinə müvafiq olmayan, başqa cür düşünən, elitar ermənilərin belə, terrorlarla sıradan çıxarılması faktları da mövcuddur. Bu faktın reallığını Amerika tədqiqatçısı erməni Jirayr Libaridyan da təsdiq edir. Bildirir ki, XX əsrin sonlarında erməni komitələrinin terrora məruz qoyduğu hər üç nəfərdən ikisi ermənilik ideologiyasına əleyhdar olan ziyalı ermənilər olmuşdur. Eyni zamanda, 1999-cu ildə Ermənistan parlamentində “gəlin işğal edilən əraziləri qaytaraq. İşğal edilən torpaqdan Vətən olmaz” təklifi ilə çıxış edən Dəmirçiyana və onun tərəftarlarına qarşı törədilən silahlı qətlam hadisəsi də buna əyani nümunədir…
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
Erməniliyin ideoloqlarından olan, daha çox Njde ləqəbi ilə tanınan Ter-Arutunyan mənsub olduğu kütlənin rəzil-dilənçi psixologiyasını yaxşı tanıdığından həmin psixologiyanı da özlərinin nicat yolu kimi qabardır. Onun fikrinə görə, erməniliyin məqsədləri dünya dövlətlərinin qarşısında, dilənçiliklə də olsa, həyata keçirilməlidir. O, yazır: “Dilənmək və göz yaşları – bütöv bir xalqın psixologiyasıdır, bizim yeganə silahımızdır… Dilənçiyə ürəkləri yandığı üçün yox, iyrəndiklərindən kömək edirlər. İnsanların, hətta ən ləyaqətsiz adamların yazığı gəlməsi üçün zəhlətökən dilənçi eqoizmi mütləq təbii sayılır. Əgər o üstəlik əlildirsə, daha zəhlətökən və tələbkar dilənçi olur. Bax, dilənçi eqoizmi və əlil tələbkarlığı xalqın psixologiyasına çevrilib”.

Qeyd edilməlidir ki, dilənçilik psixologiyası ən asan yolla əldə etmək hiyləsinin əlamətidir. Dilənçi psixologiyası barədə xüsusi olaraq danışmaq lazımdır. Lakin burada bir məsələni qeyd etmək zəruridir ki, “qaraçılıq” adətlərinə daşıyıcı olan dilənçilər qapı-qapı gəzib diləndiyi zaman ev sahibi evdədirsə (müxtəlif süni yazıqlıq göstərib) nə isə qoparmağa müvəffəq olur. Elə ki, ev sahibi evdə olmadı, dilənən üçün əla oğurluq fürsəti yaranır və evdəki ən kiçik həcmli, amma ən qiymətli əmlak oğurlanır… məhz dilənçi tərəfindən. Bu müqayisədə alınan nəticə budur ki, biz, ermənilərin Türk deyə müraciət etdiyi (əlbəttə düşmənimiz bizi yaxşı tanıyır) bir xalq olaraq əsrlərdir evimizdə elə yuxuya getmişik ki, bizim evdə olub-olmamağımızdan asılı olmayaraq artıq, evimizin 20 yox, 80 faizi oğurlanıb…

Demək olar ki, ermənilik son illərədək - Xocalı Soyqrımı kimi bəşəri cinayətini məhz elə həmin dilənçiliklə, özünü yazıq və zavallı kimi göstərməklə pərdələmişdir. Bu psixologiya öz dilənçilik sferasını o qədər genişləndirib və nifrət doğurur ki, bunu hətta erməni olan, “Mayk Arlen” kimi tanınan yazıçı Tiqran Kuyuncan Amerika mətbuatında “Ermənistan! Ah, rəzil qapıçı!” adlandırır.

Qeyd edim ki, erməniliyin rəzil-dilənçilik missiyası artıq ABŞ-ın siyasi elitasının da əlindən “ənam” almağa müvəffəq olub (Baxmayaraq ki, son illərdə ABŞ-ın bir neçə ştatında Xocalı Soyqırımı qətliam hadisəsi kimi tanınıb).
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
Dilənçi aqressiyası ilə özünə arxa qazanan, xislətində quduzluq, təcavüz olan ermənilik öz terrorlarını bundan sonra da həyata keçirəcək və heç vaxt sülhməramlı münasibətə meyilli olmayacaqdır. Bu fikrimi əsaslandırmaq üçün Azərbaycanın hörmətli ziyalısı, akademik Nizami Cəfərovun “erməni əhalisinin xarakterində səmimilik yoxdur” fikriniə istinad edə bilərəm. Bu mətləbin açıqlanması baxımdan demək olar ki, ermənilərin özləri də (hətta cahilcəsinə) özlərini ifşa edən fikirlər səsləndiriblər. Məsələn, məhz elə erməni ideoloqlarından olan Ter-Arutunyan öz mənfur ideoloqluğuna “sadiq” qalaraq üzünü kütləvi işğalçı psixozuna yoluxmuş erməni kütləsinə tuaraq deyir: “…sülh şəraitini hətta normal adlandırmaq olmaz. Bəşəriyyətə görə sülh şəraiti ermənilik üçün yorğunluqdan başqa bir şey deyil. Şərqdə hökm sürən sülh bizim üçün tədrici məhv olmadır.”

Bura qədər göstərilən arqumentlər eybəcər ermənilik anlayışının mənfur mahiyyətinin açılması üçündür. Belə ki, Rus imperiyası 1828-ci ildən “Parçala hökm sür” siyasəti apararaq qədim İrəvan ərazisində əslində (həmin zaman üçün Osmanlıya) Türkiyəyə qarşı olaraq “Ermənistan” yaratdı. Bununla yanaşı Güney Azərbaycanla Quzey Azərbaycanın arasında Qarabağ ərazisinə yaxın xariclərdən erməni kütləsi axıtdı. Bu proses hazırda da davam edir. Burada Tükiyəyə qarşı ifadəsinin xüsusi bir əhəmiyyəti var. Çünki daha çox I Pyotr hakimiyyətindən sonra sürətlənən imperialist strategiya bu gün də davam edir və bu Rusiya imperiyası erməniliyi necə qondarıbsa, elə də zaman-zaman ondan 1905, 1915-1918, 1926, 1948, 1988-ci illərin hadisələrində siyasi kart kimi necə istifadə etdi. Elə bu günədək həmin kartdan Azəri türkünə, geniş planda və xüsusi maraqda isə Türk millətinə qarşı istifadə etməkdədir. Belə ki, öz imperialist siyasətini hər dövrdə bir başqa formada həyata keçirən Rusiya ermənilik vasitəsilə hələ Xocalıya qədər (Şaumyanın icraçılığı ilə) 1918-ci il martında Bakıda, Şamaxıda, bir sözlə İpək Yolu boyunca olan rayonlarda təsvir edilməz vəhşiliklər, qətliamlar törətmişdir.
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan Cumhuriyyəti» kitabında qeyd edirdi ki, “Şaumyanın cibində rus işğal ordusunu təxliyə edilən, Türkiyə ərazisi üzərində erməni muxtariyyatının elanına aid Leninin imzası ilə mumzi bir dekret bulunuyordu… Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq ediyorlardı… «Milli Müsəlman Şurası»na elani-hərb edən “Bakı Soveti” erməni alayları ilə biliştirak on minə qərib (yaxın R.R.) müsəlman qətl etdi. Qətl edilənlər miyanında əksəri əmələ (fəhlə R.R.) və füqara (yoxsul R.R.) sinfindən olmaq üzrə minlərcə qadın, cocuq və silah daşımalarına imkan bulunmayan ixtiyarlar (qocalar R.R.) vardır…

Bakı türk milliyyətpərvərliyinin mərkəzi idi. Rus partiyası bulunan bolşevik firqəsi bu mərkəzi dağıtmaq istiyordu. Bu xüsusda o, Rusiyanın türklərə qarşı ənənəvi bir müttəfiqi olan erməniləri buluyordu… Toplar, metralyozlar erməni əsgərlərinin yaylım atəşləri aeroplanlar həp müsəlman məhəlləsinə tövcih edilmişdi. (tuşlanmışdı R.R.) Müsəlman məhləsinin başına od yağdırılyor, cəhənnəm püskürtülüyordu.”
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
Bu real faktların ifadəsi M.Ə.Rəsulzadənin qələmindən yadigar qalan, faciəli dünənimizin rəsmi tarixidir. Lakin faciəmiz dünənimizlə bitməmişdir. Nəhayət, əvvəlki illərin davamı olaraq Rus imperiyası erməni quldurlarının əlilə dünyanın gözü qarşısında 1990-cı ilin 19-20-i yanvarında Bakıda, ardınca 1992-ci ilin 25-26-sı fevralında Xocalıda Azəri türkünə qarşı soyqırım əməliyyatı həyata keçirdi. Əlbəttə, mən bura zaman-zaman xalqımızın görkəmli ziyalılarına qarşı törədilən kütləvi siyasi, psixoloji, fiziki terrorları, qətilamları və represiyaları da əlavə edirəm.

Məhz buna görə 1920-ci ilin aprelində Azərbaycan rus sovet ordusu tərəfindən işğal edildikdən sonra torpaqlarımızın bir hissəsi Ermənistana və Gürcüstana verildi. Bununla yanaşı ermənilər Qarabağın dağlıq hissəsini də ələ keçirmək üçün fəallaşdılar. Qarabağın dağlıq hissəsini ermənilərə verib onu birdən-birə Ermənistana birləşdirməyin mümkün olmadığını görən ermənilər rus sovet hakimiyyəti ilə daha hiyləgər bir yol tutdular.

Belə ki, “1921-ci il iyulun 5-də Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz bürosu Moskvanın göstərişi ilə Qarabağın dağlıq hissəsində ermənilər üçün vilayət yaradılması və onun Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində saxlanılması haqqında qərar qəbul etdi. MK-nın Qafqaz bürosu plenumunun axşam iclasının protokolundakı iştirakçılar aşağıdakılardan ibarət olmuşdur: RK (b) P MK üzvü Stalin, Qafbüronun üzvləri: Orcanikidze, Kirov, Nazaretyan, Oraxelaşvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlələr Komissarı Hüseynov.”

Vurğulanması son dərəcə zəruri olan bir gerçəklik var. Biz hələ də düşmənlərimizi nə düzgün tanımışıq, nə də düzgün qiymətləndirmişık. Elə bu səbəbdən də zaman-zaman təkcə torpaqlarımız deyil, həm də şüurumuz qəsb edilib. Doğrusu, beynimiz torpağımızdan əvvəl işğal olunub. Bu işğaldan qurtulmağın yeganə yolu Türk dövlətlərinin «TURAN BİRLİYİ», daha geniş formatda isə bütün müsəlman dövlətlərinin «İSLAM İTTİFAQI» yaratması ilə mümkündür. (Qeyd edim ki, Hüseyn Cavid, Əhməd Cavad kimi görkəmli şəxsiyyətlər məhz elə TURAN ideyasının qurbanı olmuşdur). Yalnız belə olduğu təqdirdə insanlığın faciəsi Xocalı Soyqırımına beynəlxalq hüquq müstəvisində ədalətli yanaşmağa məcbur etmək olar. Və bu gün Rusiya fiqurlarının, yaxud, reallıqda ABŞ-da erməni lobbilərinin satın aldığı senatorların dəstəyini qazanan balayanların, petasyanların, köçəryanların, sarkisyanların cəzalandırılması reallaşar.
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
Vacib məsələlərdən biri də Xocalıda soyqırıma məruz qalan əhalinin demoqrafik statistikasıdı. Şəxsən bu məsələ (öncə vətəndaş olaraq) məni çox düşündürür və narahat edir. Belə ki, indiyədək sənədləşən və bu əsasla ictimailəşdirilən rəqəm 613 nəfər göstərilir. Lakin mənim izlədiyim (kimə maraqlı olsa təqdim edə bilərəm) bir sənədli çəkilişdə bir Azərbaycan hərbçisi hadisədən təqribən iki gün sonra xaricdən gələn jurnalistə verdiyi müsahibəsində deyir: “… meyidləri daşıyırıq, qutarmayıb. Bu saat Əsgəran “kətli” meşəsində 800-dən artıq meyit var…”

Digər bir tərəfdən isə erməni müəllif David Xerdiyan “Xaç uğrunda” adlı kitabında. S.Ohanyanla birlikdə Xocalıda cəsədlərin yandırılmasında iştirak etdiyindən, hətta diri bir qız uşağından bəhs edir və bir məqamı açıq-aydın yazır: “Mənim ayağım, şalvarım qana bulaşmışdı. Çünki 1200 (min iki yüz) meyitin üstündən keçmişdim…” (Mənbə: David Xerdiyan. Xaç uğrunda. Livan, “Şərq” nəşriyyatı.səh. 62-63.) Məni çox narahat edir: bir yanda yuxarıda deyilənlər, bir yanda 613. Niyə bu hesablama qeyri-müəyyəndir?!

Soyqırım hadisəsi ilə əlaqədar olaraq burada qeyd edilməlidir ki, 09.12.1948-ci ildə BMT-nin Baş Assambleyasının 260 (III) A Qətnaməsi ilə qəbul olunan və 12.01.1951-ci ildən quvvədə olan “BMT-nin Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyası”nın II və III maddəsinə əsasən Xocalı hadisəsi soyqırım faktıdır. Həmin maddədələrdə göstərilir:

Maddə 2: Bu Konvensiyaya müvafiq olaraq soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir:

belə qrup üzvlərinin öldürülməsi;
belə qrup üzvlərinə bədən xəsarətləri və yaxud əqli qabiliyyətinə təsir edən zərərin yetirilməsi;
qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması.
Maddə 3: Aşağıdakı əməlləri törədən tərəf isə cəzalandırılır:

soyqırım;
soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə;
soyqırım törətməyə birbaşa və açıq təhrik;
soyqırım törətməyə qəsd;
soyqırımda iştirak.
III maddə bütövlükdə Ermənistanın despot və cani rəhbərliyi ilə əvvəlcədən sövdələşən, erməni quduzlarını təhrik və himayə edən 366-cı alayın sahibi, onun törətdiyi hadisənin məsuliyyətini daşımalı olan Rusiyaya şamil edilməlidir. Lakin qlobal iddialar, geopolitik maraqlar bunun yerinə yetirilməsinə mane olur…
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
Son iyirmi yeddi illik reallıq göstərir ki, hazırki dünyada təkcə siyasi maraqlar yox, həm də dini dünyagörüşlər toqquşur. Başqa sözlə, dünyada kapital müharibəsi ilə yanaşı din müharibəsi gedir. Bütün təziqlər, zərbələr müsəlman ölkələrinə dəyir. İstər Avropanın, istərsə də ABŞ-ın simasında heç bir xristian dövləti Azərbaycanın pozulan haqqının bərpası istiqamətində nəinki əhəmiyyətli bir addım atmayıb, əksinə, “ermənilik” ideologiyasını qidalandırmaqla məşğuldur.

İllərdir Azərbaycan ictimayətində belə bir fikir dolaşır ki, biz faciələrimizlə bağlı beynəlxalq ictimayyətə lazımı məlumat çatdırmamışıq, düzgün təəssürat yaratmamışıq, gərək daha geniş təbliğat aparaq. Əlbəttə, bu zəruridir və Azərbaycan dünya ölkələrində diaspora siyasətini dinamik olaraq aparmalı və bu formatda öz faciələrini dünya ictimayyətinin diqqətinə yetirməlidir. Lakin belə informasiya çatdırılması və dünya sakinində Azərbaycan həqiqətləri haqqında təsəvvür yaradılması zəruri olduğu qədər də təsirsizdir. Bu istiqamətdəki fikirlərimi iki konkret müddəa ilə əsaslandırmağa çalışacam.

Erməni ictimayətinin və siyasi institutlarının özləri də yaxşı bilirlər ki, əlləri qana batıb və işğalçı, qəsbkar olaraq Azərbaycan torpaqlarını işğal altında saxlayırlar. Bu reallığın ifadəsi olaraq 2016-ci ilin aprel döyüşləri ərəfəsində Ermənistan parlamentinin vitse-spikeri Nağdalyanın parlamentdəki çıxışının stenoqramını təqdim edirəm:
“Dağlıq Qarabağla və hazırda nəzarətimizdə olan torpaqlarla bağlı yanlış təsəvvürlərə qapılmaq gərək deyil. Bu yanlışlıq bizə çox baha başa gələ bilər. Necə ki gəlir… Hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir. Serj Sarkisyan zənn edir ki, vaxt uzatmaqla nəyəsə nail olacaqdır. Amma mən və üzvü olduğum partiya belə düşünmür. İstər beynəlxalq müstəvidə, istərsə də daxildə aparılan danışıqlar mənasızdır. Ya torpaqları qaytarmalıyıq, ya da qan tökdüyümüz torpaqlarda qanımızı töküb alacaqlar.

Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
Yeni müharibə regional fəlakət olacaq və həm Rusiya, həm də Qərbdən təzyiqlərə İrəvan davam gətirməyəcək. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda dalan situasiyanın yaranmasına az qalıb. Dağlıq Qarabağın gələcəyi və status ilə bağlı referendum keçiriləndə, statusla bağlı qərar qəbul olanda və dünya birliyinin də Qarabağlı ermənilərin dövlət müstəqilliyini tanıması üçün konkret addımlar atmağa başlayanda deməliyik ki, hüququmuz olmayan torpaqları istəmirik. İndi əlimizdə, nəzarətimizdə olan o torpaqlara heç bir hüququmuz yoxdur.

Yenə deyirəm, qaytarın bu torpaqları. Siz düşünün ki, bizim uzatdığımız bu məsələ yalnız lider dövlətlərin Cənubi Qafqaza olan marağı yalnız Azərbaycanın xeyrinə olacaq. İndi beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınırıq. Zənnimcə bir millət olaraq gələcəyimizi təhlükə altına atırıq…”

Bununla yanaşı digər bir məqamı xatırladım. Ermənistanda Rusiyaya qarşı mitinqlər başlayanda “REQNUM” informasiya agentliyinin baş redaktoru, Kremlə və ermənilərə yaxınlığı ilə seçilən Modest Kalerov geniş ictimaiyyət və media qarşısında çıxış etmişdir. Həmin çıxışın stenoqramı aşağıdakı kimidir:

“Ermənilər unutmamalıdırlar ki, əgər Rusiya olmasaydı onları öz qonşularından heç kim qorumazdı. XVIII əsrdəki böyük rus döyüşçüləri ilə məmurları sayəsində onlar artıq dövlət və paytaxta sahibdirlər. Onlar Suriya çöllərində yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə doldurub bükə bilməzdilər. Belə ki, orada nə üzümü, nə də qiyməni bilirdilər. Bunun əvəzində isə çörək bişirmək üçün yanacaq kimi istifadə ediləcək dəvə peyini bol idi. Deputat Jirinovski havayı yerdən ermənilərə deməmişdi ki, “rus qazı ermənilərin xoşuna gəlmirsə qoy onda onlar gedib peyin yandırsınlar”.

1970-ci illərdə ermənilər İrəvanın tarixindən müsəlman keçmişini silmək üçün “Sərdar sarayı”nı dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunələri ilə müəyyən edirlər. Amma ermənilərdə bu sadəcə yoxdur.

Öz mətbəxlərini isə tamamilə türk və azərbaycanlılardan götürərək hətta adlarını belə dəyişməyərək –lüləkabab, basdırma, bozbaş, dolma, kabab, düşbərə, piti kimi eyni saxlayıblar. Tarixi sənədlərdən də göründüyü kimi İrəvanın sadəcə beş yüz yaşı var. Və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi.

Tarix isə hələ də heç bir erməni imperiyası tanımır. Əgər 1918-ci ilə qədər Qafqazda bir erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyədək niyə baş çıxara bilmirlər. Onlar XIX əsrdə meydana çıxan Xaçatur Abovyana qədər heç bir yazıçıya da sahib olmayıblar. Yüz illər ərzində xalqı idarə edənlər onun başına yerləşdiriblər ki, biz ən qədim ağıllı xalqıq. Amma özləri Ermənistandan qaçaraq sərhədləri isə ruslardan qorumağı xahiş edirlər. Rusiyada isə əlyazmalar yanmır. Bunu ermənilərə daima xatırlatmaq lazımdır ki, bir daha dünyanı özlərinə güldürməsinlər…”

Dünyanı idarə edən quvvələr, onların kəşfiyyat mərkəzləri və agentura şəbəkələri dünya hadisələrindən olduqca məlumatlıdır. Məsələn, XXI əsrdə ABŞ-ın imperiya konsepsiyasını beyinlərə hopdurmağa çalışan, demokratiyadan, insan haqlarından dəm vuran ABŞ rəhbərliyinin Milli Təhlükəsizlik üzrə müşaviri və Mərkəzi Kəşfiyat Orqanlarına nəzarətlə məşğul olmuş Z.Bzejiniski QARABAĞ və XOCALI faciəsinin xırda detallarına qədər bilir, lakin bir dəfə də olsun dilə gətirməyib. Yaxud da ABŞ prezidentləri 27 il öncə baş verən Xocalı soyqırımını qulaq ardına vuraraq erməni lobbilərinin maraqlarına xidmət olaraq (uydurma olduğunu bilərək) “genosid” terminindən istifadə etməyə çəkinsə də, guya bir əsr öncə baş vermiş, həqiqətdə isə heç bir əsası olmayan qondarma “erməni qırğını”ndan danışırlar…
Xocalı soyqırımı: Türk dünyasına qarşı siyasi qətliam… - Sülhün yeganə yolu döyüşməkdir!!!
Maraqlıdır ki, 1987-ci ilin yanvarında ABŞ prezidenti C.Karterin sabiq köməkçisi Z.Bjezinski «Vaşinqton Tayms» qəzetinə verdiyi müsahibədə “Şər imperiyası”-ı adlandırdığı SSR-nin gələcəyi ilə bağlı demişdir: “Gələcək 20-30 ildə dünyada milli və etnik münaqişələrin mərkəzi Sovet İttifaqı olacaqdır. Burada millətçilik canlı dinamik qüvvəyə çevriləcəkdir. Sovetlər öz millətlərinin problemini nəzarətdə saxlaya bilməyəcəklər. Onların sistemi ölümcül böhran ərəfəsindədir”. Siyasi analitika baxımdan burada həm də, görünməyən bir həqiqət mövcuddur. Z.Bjezinski özü də bilmədən, ABŞ-ın (bəlkə də bilərəkdən) Sovet İttifaqına qarşı olan xarici siyasi strategiyasını faş edir və planlarını dilə gətirirdi. Çünki onun danışığındakı “etnik münaqişələr” ifadəsi xüsusən diqqətçəkəndir. Bir neçə il sonra Z.Bjezinskinin dünyada baş vermiş qlobal dəyişikliyə həsr olunan “Möhtəşəm iflas: XX əsrdə kommunizmin doğulması və məhvi” adlı kitabı nəşr edildi. Bu kimi digər məsələləri çox göstərmək olar. Yuxarıda göstərilən iki müddəa isbat edir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən və törətdiyi qətliamlardan, Xocalı soyqırımından dünya bixəbər deyil… Lakin bununla belə, dünya başbilənlərinin hadisəyə hansı maraqlar kontekstindən yanaşmaları ayrı bir problemdir.

Xüsusi vurğulanmalıdır ki, həqiqət naminə həmişə Azərbaycanın haqqını müdafiə edən Maksim Şevçenko kimi ləyaqət sahibi nadir şəxsiyyətlər də vardır.

Azərbaycan diplomatiyası ilə yanaşı qan qardaşı olan Türkiyə diplomatiyası BMT-in tribunasından cəsarətlə QARABAĞ məsələsini önə çəkir. Həmçinin, (İranından tam fərqli olaraq) dost, qardaş Pakistan “ermənilik” ideologiyasını məhkum etməklə Ermənistanı heç dövlət olaraq tanımır.

Öz haqqı uğrunda alnına mübarizə yazılan bir milləti yaralamaq olar, lakin onun qələbə əzmini sındırmaq olmaz. Bu gün, sülhün yeganə yolu yalnız döyüşməkdir!!!/Azpolitika.info

XƏBƏR LENTİ