Bakıda Prezidentin iştirakı ilə ümumxalq yürüşü keçirilir

546 26-02-2019, 10:20 cemiyyet

Bakıda Prezidentin iştirakı ilə ümumxalq yürüşü keçirilirAzərbaycan paytaxtında Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumxalq yürüşü keçirilir.

“Report” xəbər verir ki, yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq “Ana harayı” abidəsinə doğru hərəkət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, hökumət və dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar yürüşdə iştirak edirlər.

Yürüşdə ümumilikdə on minlərlə insan iştirak edir.

XƏBƏR LENTİ