Rüfət Muradlı "...Azərbaycandakı “aşiqlərini” çətin durumda buraxmağa dəyərdimi?!"

842 27-02-2019, 23:14 siyaset

Rüfət Muradlı "...Azərbaycandakı “aşiqlərini” çətin durumda buraxmağa dəyərdimi?!"Heç Qarabağda günahsız yerə qanları tökülən şiə müsəlmanlara görə də yox, heç Ağdamda tövləyə çevrilən şiə məscidinə qarşı edilən hörmətsizliyə görə də yox, heç olmasa Azərbaycandakı müqəllidlərinin hörməti ( əgər buna etiqadı varsa) xatirinə görə Ermənistanın baş nazirini qəbul etməyə və beləliklə dünyaya islami İranın islam dəyərlərinə sədaqətini sərgiləyə bilərdi. Amma bu olmadı...
Nəzərə alsaq ki, Paşinyanın tərəf müqabili Ruhanidir( İranda 1989-cu ildən baş nazirlik institutu ləğv edilib) ,Xameneyi isə dini liderdir. Özü də Dünya müsəlmanlarının rəhbərliyini, vəliyi əmrliyini iddia edən, özünü İmam Zamanın günümüzdəki təcəllisi sayan vəliyye fəqih. Dünya siyasətində çəkisi olmayan, hər mənada İrandan asılı vəziyyətdə olan Ermənistan rəsmisini qəbul edib islam prinsiplərini ( gerçək islamda müsəlmanın qanını tökən ölkə ilə hər hansı münasibətin qurulması rədd edilir) çeynəməyə, eləcə də Azərbaycandakı “aşiqlərini” çətin durumda buraxmağa dəyərdimi?!

Rüfət Muradlı

XƏBƏR LENTİ