Hüquq müdafiəçisi Prezidentin əfv sərəncamını alqışlayır

1 186 16-03-2019, 23:25 cemiyyet / bolge

Hüquq müdafiəçisi Prezidentin əfv sərəncamını alqışlayırAzərbaycan Respublikasının “Polisə Dəstək” İctimai Birliyinin İdarə heyyətinin sədr müavini, Beynəlxalq Hüquq eksperti İsmayıl Zalovun prezidentin əfv sərəncamını alqışlayır.

Prezidentin sərəncamı sabah 431 məhkuma şamil olunacaq. İsmayıl Zalov bildirmişdir: “ölkə prezidenti cənab İlham Əliyev tərəfindən növbəti dəfə imzalanan əfv sərəncamını çox müsbət qiymətləndirirəm. Bu, çox böyük, təqdirəlayiq və alqışlanmalı bir addımdır. Əfv sərəncamı nəinki 431 məhkum, bütünlükdə onların ailə üzvləri, yaxınları, qohum-ərəbalarını sevindirəcək. Bu humanist addım bayram öncəsi ölkə prezidenti tərəfindən ailələrə bəxş edilən bayram sovqatıdır. Bu sovqat ki, o AZADLIQ hissini bəxş edir. Bu addımla Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyevin necə humanist bir insan, müdrik dövlət adamı olduğunu bir daha ortaya qoydu.
Onuda da qeyd edim ki, bu humanist siyasət uzun illərdir həyata keçirilir. 21 ildən artıqdır Əfv Məsələləri Komissiyası fəaliyyət göstərir. Əvvəllər ümumlilli liderimiz Heydər Əliyevin dövründə, 2003-cü ildən bu yana isə ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə əfvlə bağlı çox böyük addımlar atılıb, hər dəfə yüzlərlə insanın cəzası bağışlanılıb, əfv edilib, azadlığına, ailəsinə qovuşub.

Bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasətin baş xətini humanizm və sosialyönümlülük təşkil edir. Odur ki, mən bir Azərbaycan vətəndaşı, bir Beynəlxalq Hüquq ekspert və “Polisə Dəstək” İctimai Birliyinin İdarə heyyətinin sədr müavini kimi həm öz adımdan, həm də təmsil etdiyim qrumun adından ölkə prezidentinə bu nəcib, humanist addımına görə öz dərin minnətdarlığımı və təşəkkürlərimi çatdırıram. Bütün əfv olunan insanları və onların yaxınların təbrik edirəm onlara hər zaman azadlıqda olmağı arzu edirəm.”

Xeberdar.net

XƏBƏR LENTİ