Qazilərimizə qarşı məmur biganəliyi

760 9-04-2019, 14:08 siyaset / gundem

Qazilərimizə qarşı məmur biganəliyi

Son vaxtlar şəhidlərə, qazilərə, şəhid ailələrinə qarşı dövlət məmurlarının etdiyi hörmətsizliklər, onların problemlərinə qarşı biganəliklər mətbuatın gündəmindən düşmür. Hətta, bəzi məmurlar Prezident İlham Əliyevin şəhid və şəhid ailələri ilə bağlı imzaladığı fərmanların yerinə yetirilməsinə sayğısızlıq göstərərək bürokratik əngəllər yaradırlar. Müharibəsi bitməyən ölkədə qazilərə, şəhidlərimizə qarşı dövlət qurumları tərəfindən göstərilən biganəlik, hörmətsizlik anlaşılan deyil.
Qazilərimizə yönələn biganəliyin növbəti ünvanı Ağstafa rayonudur.

Cəbhənin Agdam istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən agır yaralanmış və bir ayagını itirmiş birinci qrup əlil, Qarabag qazisi, bas leytenant Huseynov Nicat Bəylər oglu saytımıza müraciət eərək bildirir ki, problemləri ilə bağlı dəfələrlə Agstafa rayon İcra Hakimiyyətinin başcısı Məhərrəm Quliyevə, xüsusilə birinci müavin Ramiz Tatarova dəfələrlə muraciat etməsinə baxmayaraq problem həllini tapmayıb.
Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Görüşdə N. Hüseynov da iştirak edib və öz problemlərini birinci vitse-prezidentin nəzərinə çatdırıb. Mehriban xanim ona dəstək olacağını bildirib və Heyder Əliyev fondunun İcracı direktoru Anar Ələkbərova bu məsələni xüsusi nəzarətə göturməsini tapşırıb.

Əlillərin qayğısına qalmaq, onları daima diqqətdə saxlamaq səngərdə olan əsgərlərimizin ruh yüksəkliyini artırmaq, vətənpərvərliyin təbliğində ən yaxşı nümunə ola bilər. Vətən üçün canından, əzasından keçmiş insanlara hər bir dövlət görəvlisi, ölkənin hər bir vətəndaşı həssaslıqla yanaşmalıdır.
Xeberdar.net olaraq ümid edirik ki, qazimizin problemləri tez bir zamanda öz həllini tapacaq.



Qazilərimizə qarşı məmur biganəliyi
Qazilərimizə qarşı məmur biganəliyi
Qazilərimizə qarşı məmur biganəliyi
Qazilərimizə qarşı məmur biganəliyi
Qazilərimizə qarşı məmur biganəliyi
Qazilərimizə qarşı məmur biganəliyi
Qazilərimizə qarşı məmur biganəliyi
Qazilərimizə qarşı məmur biganəliyi

XƏBƏR LENTİ