Naxçıvanda nağdsız ödəniş zonası yaradılacaq-açıqlama

Naxçıvanda nağdsız ödəniş zonası yaradılacaq-açıqlamaNaxçıvan Muxtar Respublikasında pilot layihəsi olaraq nağdsız ödəniş zonası yaradılacaq. Bu barədə ONA-ya Beynəlxalq Maliyyə Korporasiyasının (IFC – International Finance Corporation) Bakı ofisinin rəhbəri Aliyə Əzimova məlumat verib.

Onun sözlərinə görə, layihənin icrası ilə bağlı hazırda Naxçıvan hökuməti ilə danışıqlar aparılır: “Söhbət pilot olaraq nağdsız ekosistemin yaradılmasından gedir. Bu proses elə də asan deyil. Layihədə həm qanunvericilik orqanları, həm də telekommunikasiya şirkətləri, banklar, ödəniş sistemləri və digər tərəflər iştirak edəcək. Düşünürəm ki, bu pilot layihənin icrasına başlanması ilə bağlı məsələlər cari il ərzində öz həllini tapacaq və layihəyə start veriləcək. Pilot layihə başa çatdıqdan sonra bu təcrübə bütün ölkə üzrə tətbiq olunacaq”.

IFC-nin Bakı ofisinin rəhbərinin sözlərinə görə, Naxçıvanda icra olunacaq pilot layihə qanunvericilik bazasının, ümumi ekosistemin, eləcədə mobil ödənişlər üçün ümumi platformasının yaradılmasına yönəlib.

“Biz bu sahədə həm tənzimləyici ilə, həm də bazar iştirakçıları ilə birgə işləyirik. Bu sahədə işlər bir neçə işçi qrupumuz tərəfindən aparılır. Hazırda onlar həm qanunvericiyə, həm tənzimləməyə, həm də bazara dair məsələləri müzakirə edirlər. Müəyyən modellər işlənilir ki, onlara uyğun olaraq bazara müxtəlif məhsullar çıxarmaq mümkün olacaq”, – deyə A. Əzimova bildirib.

Naxçıvanda nağdsız ödəniş zonası yaradılacaq-açıqlama

  • 10-04-2019, 13:19
  • 87


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  6. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI