Rus ekspert Türkiyənin NATO-dan çıxmayacağını deyir:“MOSKVA ANKARANIN SURİYADA NÖVBƏTİ HƏRBİ ƏMƏLİYYATINA RAZIDIR” – Müsahibə

553 10-04-2019, 14:05 dunya

Rus ekspert Türkiyənin NATO-dan çıxmayacağını deyir:“MOSKVA ANKARANIN SURİYADA NÖVBƏTİ HƏRBİ ƏMƏLİYYATINA RAZIDIR” – Müsahibə
rosbalt.ru, 09.04.2019

Şərqşünas Aqleksandr Şumilin hesab edir – Rusiya ilə hərbi ittifaq Türkiyə və dünyadakı ənənəvi durum üçün tamdəyərli alternativ deyil. Bazar ertəsi Moskvada Vladimir Putin və Rəcəb Ərdoğan arasında gedən danışıqlar mövzuları qeyri-adi şəkildə əhatələmək və çoxyönlülüyü ilə təəccübləndirir. Ən müxtəlif yönlərdə – iqtisadiyyat və mədəniyyətdən iki ölkənin hərbi işbirliyinə qədər qarşılıqlı təsirin inkişafı müzakirə olunub.

Türkiyə lideri öz səfəri ərəfəsində açıqca bildirib ki, Türkiyə Silahlı Güclərinin Suriyada qarşıdakı əməliyyatını rusiyalı həmkarıyla müzakirə edəcək. Moskvanın Ankara ilə əməkdaşlığa marağı anlaşılandır. Kreml “Türk axını” layihəsini (təbii, bu qaz kəmərinin inşası da danışıqların mövzularından biri idi) inkişaf etdirmək, habelə Rusiya silahı (özəlliklə S-400 ZRK) satmaq və imkan daxilində NATO-ya (Türkiyə Şimali Atlantika alyansının üzvüdür) ikitirəlik salmaq istəyir. Amma, bax, Ankaranın Moskvadan nə istədiyi son dərəcə qəliz məsələdir.

Suriya Türkiyənin nəyinə gərəkdir, o, NATO-dan çıxmağa hazırdırmı, Ərdoğanın Osmanlı imperiyasına bənzər bir şey yaratmaq niyyəti haqda söz-söhbətlər, bütün bunlarda Kremlin rolu hansıdır – “Rosbalt”ın icmalçısı Rusiya EA Avropa İnstitutu Avropa-Yaxın Şərq Mərkəzinin başçısı Aleksandr Şumilinlə bu haqda söhbət edib.
Rus ekspert Türkiyənin NATO-dan çıxmayacağını deyir:“MOSKVA ANKARANIN SURİYADA NÖVBƏTİ HƏRBİ ƏMƏLİYYATINA RAZIDIR” – Müsahibə
-XIX yüzilliyin sonunda Osmanlı imperiyasını “Avropanın xəstə adamı” adlandırıblar. Bu gün, bir yandan, indiki Rusiya-Türkiyə danışıqlarının əhatəli gündəliyini görürük. O biri yandan, Ankaranın Qara dənizdə NATO təlimlərinə qatıldığını. Üçüncü tərəfdən, o, Suriyada öz maraqlarını güdməklə NATO-nun maraqlarına qarşı çıxır. Bax, bütün bu ziddiyyətlər fonunda köhnə ifadəni başqalaşdırıb demək olarmı ki, Türkiyə bu gün “NATO-nun xəstə adamıdır”?

-Düşünürəm ki, bəli. Türkiyə indi, doğrudan da, bu cür hərəkətlər edir – həm də təkcə Yaxın Şərqdə deyil.

-Bəs Moskvadakı Rusiya-Türkiyə danışıqlarının belə əhatəli fonunda güman edə bilərikmi ki, söhbət Türkiyənin NATO-dan çıxmaq və Rusiya ilə hərbi-siyasi alyans qurmağından gedir?

-Bu gün çoxlarının üzərində baş sındırdığı ciddi sualdır… Əlbəttə, belə bir perspektivin gerçəkliyi planında cavab yoxdur. Amma müxtəlif amillər cəmlənsə, onda fantaziya qaydasında bunu istisna etmək olmaz. Eyni zamanda mən bir müddət qabaq Ərdoğanın beynəlxalq məsələlər üzrə köməkçisi ilə ünsiyyətdə olmuş və özəlliklə bu məsələ haqda da danışmışam. Danışırlar ki, məsələn, Türkiyənin Rusiyadan S-400 kompleksləri almaq üzrə sazişi onun NATO ilə münasibətlərinə necə təsir edir. Bax, onun cavabı yetərincə qətiyyətliydi. O, eyham vurdu ki, Türkiyəni NATO-dan çıxarmağa nail olmazlar. O bu zaman ölkəsinin S-400 alması haqda nikbindir və hesab edir ki, bu saziş Ankaranın Şimali Atlantika alyansından uzaqlaşmasına işləməyəcək. Amma son aydakı hadisələrin göstərdiyi kimi, məhz bu saziş Türkiyənin NATO-dan uzaqlaşmasına işləyir. Amerikalılar son zamanlar açıqlama veriblər ki, Türkiyə hökuməti Rusiya ilə müqavilələrə yenidən baxmazsa, doğrudan da, Ankaranın Alyansa üzvlüyü haqda məsələ qoyula bilər.

-Yəni Türkiyəni, sadəcə, NATO-dan çıxmağa vadar edə bilərlər?

-Qərb qaynaqlarına görə, Alyansda Türkiyə təmsilçilərilə qalan hamısı arasında gərginlik amili var. Amma Ərdoğan bu gərginliyiin hansı mərəhələsinədək gedə biləcəyi sualdır. Mənim proqnozum – o, NATO-dan çıxmağa cürət etməz və hansısa bir dövrdən sonra bu gərginliyi yumşaltmağa başlar.

-Niyə?

-Bir neçə özül prinsiplərə görə. Birincisi, Ərdoğanın Türkiyənin özündəki üstün siyasi nüfuzu indi azalır və son bələdiyyə seçkiləri bunu sərgiləyib. İkincisi, ölkə içində, bir qayda kimi, Avroatlantik baxışlı adamlar – opponentləri güclənir. Və baş tutmamış qiyamdan sonra apardığı təmizləmələrə baxmayaraq. Buna görə də NATO-dan qırılmaq kimi qəti addım atmaz. Bu onun marağında deyil, çünki alternativlər praktik olaraq yoxdur.

-Bəs Rusiya ilə alyans onun üçün belə bir alternativ görünmür?

-Bu, Türkiyə və onun Avropa və Yaxın Şərq arasındakı durumu üçün dayanıqsız və tamdəyərsiz alternativdir. Həm də Ərdoğan NATO-nun Yaxın Şərqdə müəyyən proqramlarının bələdçisi olarkən xeyli plyusa malik idi. Bundan qırılmaq, NATO-nun yetərincə ciddi iştirak etdiyi bölgədə təcridə düşmək strategiyaca ona (ona olmasa da, Türkiyə isteblişmentinin düşünən təmsilçilərinə) qətiyyən əlverişli deyil. Türkiyə isteblişmenti hətta Ərdoğanın apardığı təmzilmələrdən sonra yenə də özünü Avropa ilə qarşılıqlı təsirdə düşünür. NATO tərkibi götürülsə, onda Türkiyə bölgədə təcriddə görünür.

-Amma bizi inandırırlar ki, onun bölgədə İran və ya Rusiya kimi dostları var…

-Türkiyə, sadəcə, şeylərin təbiəti üzrə İranın ciddi tərəfdaşı ola bilməz. Hələ bunu demirik ki, bu, sadəcə, əlverişli deyil. Bəlli olduğu kimi, indi İranın özü təcriddədir. Türkiyə Suriya prezidenti Bəşər Əsədlə də uzunmüddətli anlaşmalara gedə bilməz. Ümumiyyətlə, NATO-suz Türkiyə tamamilə başqa Türkiyə, həm siyasi, həm də hərbi baxımdan xeyli dərəcədə nüfuzu az Türkiyədir.

Başa düşürsünüz, Türkiyə Yaxın Şərqdə yaddır. O, ərəblərlə də, iranlılarla da qardaşlıq münasibətində deyil. Onun Avropaya dikilmiş baxışları da bundandır. Avropa yönü siyasi və hərbi çəki əlavə etməklə onun siyasətində həmişə saxlanıb.

Rusiya ilə ciddi münasibətlərdən də danışmaq çox lazım gəlmir. Məsələn, Ərdoğan Krımın Rusiyaya birləşdirildiyini qəbul etmir və ümumiyyətlə, iki dövlət arasında strateji planda hər şey hamar deyil.

-Bəs Suriya Ərdoğanın nəyinə gərəkdir? Bu, yeni Osmanlı imperiyasının təsdiqidir?

-Xeyr, məsələ xeyli dərəcədə sadədir. Türkiyə üçün Suriyada başlıcası öz sərhədlərində kürdlərin hansısa muxtariyyəti və başqa dövlətöncəsi qurumunun yaranmasına yol verməməkdir. Bu, Ankara üçün ön önəmli vəzifədir.

-Anladığım qədər, Putin bunun üçün Suriyanın şimalında Ərdoğana kart-blanş verməyə hazırdır?

-Qərb tərəfdaşlarındansa xeyli dərəcədə. Ərdoğana kürdlərə basqı imkanı vermək avropalılar və amerikalılar üçün qeyri-məqbuldur. Bu, birinci növbədə, avropalıların mövqeyidir. Tramp bu şeylərə göz yummağa hazır idi, lakin avropalılar, hər şeydən qabaq, dəyər mövqeyinin daşıyıcısı kimi buna görə onu utandırıblar və o, indi kürdlər üzrə mövqeyini bir qədər başqalaşdırır. Bu məsələ üzrə Rusiya üçün hər hansı məhdudlaşdırıcı yoxdur.

Söhbətləşdi Aleksandr Jelenin

Tərcümə Strateq.az-ındır.

XƏBƏR LENTİ