Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq

643 23-04-2019, 12:50 cemiyyet

Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh və digər yollarla ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

S. Novruzov Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan və hazırla hazırlanan sazişlə bağlı yersiz fikirlər səsləndirildiyini bildirib: “Xaricdəki və daxildəki müəyyən qüvvələr bağlanacaq sazişlə bağlı xalqı çaşdırmağa çalışır. Azərbaycanda aparılan islahatlar həm daxildə, həm də xaricdəki müəyyən qüvvələri narahat edir, müxtəlif ittihamlar irəli sürürlər. Hətta öz aralarında dava salıb, hökumətin üzərinə atmağa çalışırlar”.
Spiker Oqtay Əsədov Avropa İttifaqı ilə sazişin Azərbaycan üçün vacib olduğunu bildirib: “Bizim üçün ən vacib məsələ sazişdə Azərbaycanın ərazi bütövlüyünün əksini tapmasıdır və bu, sənəddə əksini tapıb. Bu sazişin imzalanmasına ən çox mane olmağa çalışan Ermənistandır. Sazişdə bizim üçün vacib olan Dağlıq Qarabağ məsələsi və ticarət məsələsidir. İnşallah, saziş mayın 13-də imzalanacaq”.

XƏBƏR LENTİ