“7 saylı Yİ MMC-nin direktoru Əlikram Cavadov İşçilərini fermasında işlədir"-İDDİ+video

1 201 24-04-2019, 10:48 cemiyyet / gundem / video

“7 saylı Yİ MMC-nin direktoru Əlikram Cavadov İşçilərini fermasında işlədir"-İDDİ+video
Ötən gün Şamaxı rayon Sabir qəsəbəsində yaşayan Daşdıyev Qoşqar Ağaşirin oğlu ölkə başçısına müraciətinin bir surətini də redaksiyamıza təqdim etdi. Müraciətin mətni diqqətimizi çəkdiyi üçüçn şikayətçidən video-müsahibə də aldıq. Video-müsahibə ilə yanaşı şikayətçinin mətbuat vasitəsilə ölkə başçısına müraciətini olduğu kimi dərc edirik. Müraciətdə deyilir:.
- Cənab Prezident. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun və onun müavini Əvəz Qocayevin xeyir-duası ilə Şamaxı 8 saylı Yol İdarəsi ləğv edilərək, 7 saylı Qobustan Yol İdarəsinə birləşdirildikdən sonra, orta təhsilli baytar, 70 yaşlı Əlikram Cavadov həmin idarəyə rəis təyin edildi. Əlikram Cavadovun səhhətində ciddi problemlər olduğu üçün günlərlə işə çıxmır. Məhz bu səbəbdən də o dövlət vəzifəsinin öhdəsindən gələ bilmir. Ə.Cavadov rəis təyinatından qısa müddət sonra öz yaxın qohumlarını rəhbərlik etdiyi idarədə əsas vəzifələrə yerləşdirdi. Əvəzində isə 50-yə qədər şamaxılını qısa zaman fasiləsi ilə müxtəlif vasitələrlə işdən çıxardı. O bu addımını məhz Saleh Məmmədovun tapşırığı ilə icra etdiyini açıqca söylədi.
Ə.Cavadov işçiləri istirahət və bayram günləri də qanunsuz olaraq işlətməklə yanaşı, həmin günlər üçün hər hansı maddi təzminat və ya ödəniş etmir. Çarəsiz olan fəhlələr isə işdən çıxarılma qorxusunu göz önünə aldıqları üçün susmaq məcburiyyətində qalırlar. Ə.Cavadovun müxtəlif sahələrdə geniş biznes şəbəkəsi də var. Onlardan biri də paytaxtın yaxınlığında yerləşən iri və xırda buynuzlu heyvanlar yetişdirilən fermadır. Həmin fermada 300 baş iri buynuzlu, 5000 min baş isə xırda buynuzlu heyvanlar saxlanılır. Onu da qeyd edim ki, Ə.Cavadov öz şəxsi fermasında rəhbərlik etdiyi dövlət müəssisəsinin işçilərini işlədir. Kimsə Ə.Cavadovun bu tapşırığından imtina edə bilmir. Çünki Ə.Cavadov həmin təsərrüfatın əsl sahibinin Saleh Məmmədov olduğunu bildirir.
Fəhlələrin Ə.Cavadovun qanunsuz əməlləri ilə bağlı çoxsaylı şikayətlərindən sonra Saleh Məmmədovun xüsusi tapşırığı ilə idarəyə ərizə və şikayətləri yoxlamaq məqsədilə Fizuli Musayev adlı AAY DA-nın nümayəndəsi gəldi. Ə.Cavadov Fizuli Musayevin şərəfinə Pirquluda böyük ziyafət təşkil etdi. F.Musayev həmin ziyafətdən sonra demək olar ki, kimsəni dinləmədən Bakıya qayıtdı. Onun paytaxta dönməsindən sonra Ə.Cavadov şikayətçilərə kinayə ilə “nə qazandınız, Fizulinin haqq-hesabını da verib yola saldım” – deyə bildirdi.
Onu da qeyd edim ki, mən uzun illər həmin idarənin həmkarlar təşkilatının sədri vəzifəsində çalışmışam. Ə.Cavadov mənə hər-hansı səbəb göstərmədən, qanunla nəzərdə tutulan kompensasiya ödəmədən vəzifədən kənarlaşdırdı və öz yaxın qohumunu həmn vəzifəyə təyin etdi. Onu da qeyd edim ki, hal-hazırda AAY DA-da məsul vəzifədə işləyən Fizuli Musayev bir zamanlar Şamaxı rayonunda prokuror işləyib. Onun bu rayonda xeyli sayda mülkləri və torpaq sahələri var. Görəsən prokuror maaşı ilə bu qədər mülkə necə sahib olmaq olar. Lazım gələrsə mən həmin mülklərin fotosunu belə cənab Prezidentə təqdim etməyə hazıram.
Cənab Prezident. Biz Sizə müraciət edirik. Haqqı tapdalanan şamaxılıların haqlarını yalnız Siz bərpa edə bilərsiniz. Mənim azyaşlı övladlarım var. Aylardır ki, işsizəm. Artıq ailəmi dolandıra bilmirəm. Son çarəm intihardır.

Redaksiya müraciətdə adı çəkilən qurum və ya şəxslərin də cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.



XƏBƏR LENTİ