Cəmil Məmmədli: "Bir neçə həyat artıq real təhlükə qarşısındadır"

1 224 16-05-2019, 11:35 gundem

Cəmil Məmmədli: "Bir neçə həyat artıq real təhlükə qarşısındadır"
Tanınmış araşdırmaçı jurnalist Cəmil Məmmədli araşdırdığı üstü açılmayan amansız qətllə bağlı özünün feysbuk səhifəsində dostlarına müraciət edib. Müraciəti olduğu kimi oxuculara təqdim edirik.

"Əziz dostlar, bildiyiniz kimi bir neçə müddətdir ki, 2010-cu il, sentyabr ayının 15-də, Xaçmaz şəhərinin Müşkür küçəsində yerləşən evində, xüsusi amansızlıqla qətlə yetirilən tənqidçi şairə, “Arzu” ticarət mərkəzinin rəhbəri Nəcimə xanım Babayevanın ölüm işini, daha doğrusu qətlin baş vermə səbəblərini, bu günə qədər niyə “açılmamasını” araşdırırdım.
Bu barədə ailənin danışdıqları olayları və ümumiyyətlə şairə xanımın yaşadıqlarını ictimailəşdirirdim. Prosesi ardıcıl yazmaqla, qətlin gizlin təfərrüatlarını ictimaiyyətin diqqətinə çatdırmağa çalışırdım.
İndi isə, obyektiv və subyektiv səbəblərdən, bu ardıcıllığı pozaraq, məhz qətl gününü yazmağı düşündük. Onu da qeyd edim ki, Nəcimə xanım Babayevanın qətli, bəlkə də yeganə qətldir ki, heç vaxt, heç yerdə təfərrüatları ilə dərc edilməyib. Ancaq 9 illik mübarizədən sonra, öz evində vəhşicəsinə qətlə yetirilən şairə xanımın qatilinin və ya qatillərinin, sifarişçilərinin, 9 il ərzində də “tapılmaması”, həmçinin son günlər ailəyə qarşı həyati təhlükələrin artdığına görə, birbaşa qətldən yazmağa məcburuq.
Ailə yeni eyni ssenari ilə, böyük bir təhdidlə qarşı-qarşıya gəlib. Ona görə də gün ərzində qətlin, daha doğrusu qətl gününün detallarını yaymağa qərar vermişik.
Sizdən yeganə xahişimiz, izləyin, paylaşın...
Paylaşın ki, əvvəl bacara bilmədiyimizi, indi bacaraq! Bir və bir neçə həyat artıq real təhlükə qarşısındadır.
Bu qətli araşdırmağa, yazmağa başlayanda bizi nə gözlədiyini təbii ki, bilirdik. Ancaq bu fani dünyada heç olmasa bir qanın batmaması üçün əlimizdən gələni etməyə çalışdıq və çalışırıq. Qarşı tərəf tərəf isə olduqca böyük imkanlara malik, hiyləgər, birbaşa dövlətin bəzi yüksək vəzifəli, imtiyazlı şəxsləri tərəfindən müdafiə olunduqları üçün, bu günə qədər də hələki ortada qətllə bağlı rəsmi bir irəliləyiş yoxdur. Əksinə, artıq ailənin digər üzvləri də təhlükə qarşısındadır.
Ona görə də xahiş edirəm ki, bu məsələyə biganə yanaşmadan, səhifəni izləyib, olayın ictimailəşdirilməsində yardımçı olasınız.
Əvvəlcədən təşəkkür edirəm!!!"

Xeberdar.net

XƏBƏR LENTİ