Masazırda torpaq talanı: 5 min manata “icazə” – icra nümayəndəsi Şahlar Həsənov varlanır

30 13-09-2025, 21:28 cemiyyet / gundem

Masazırda torpaq talanı: 5 min manata “icazə” – icra nümayəndəsi Şahlar Həsənov varlanırAbşeron rayonunun Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda sənədsiz evlərin tikintisi kütləvi hal alıb. İddialara görə, bu prosesə qəsəbə icra nümayəndəsi Şahlar Həsənov nəzarət edir.
"Azərbaycan Reallığı" xəbər verir ki, Mənbələrin sözlərinə görə, Masazırda fərdi ev tikmək üçün rəsmi sənəd tələb olunmur. İcra nümayəndəsinin vasitəçiliyi ilə “icazə” almaq kifayətdir. Bunun üçün ödənilən məbləğ hazırda 4-5 min manatdır.
Qəsəbə sakinləri bildirirlər ki, bir neçə il əvvəl qiymət 2-3 min manat idi, lakin hazırkı icra başçısı Abidin Fərzəliyevin dövründə artıb.
İddialara əsasən, Şahlar Həsənov bu qeyri-rəsmi sistemdən böyük gəlir əldə edib, qısa müddətdə milyonçuya çevrilib. Onun Masazırda qardaşının adına rəsmiləşdirilmiş onlarla obyekt və evlərinin olduğu deyilir. Halbuki onun rəsmi maaşı 800 manatdır.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə, kənd təsərrüfatı torpaqlarında tikinti yalnız Nazirlər Kabinetinin qərarı ilə mümkündür. Masazırda baş verənlər isə açıq qanun pozuntusu hesab olunur.
Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətinin və Şahlar Həsənovun mövqeyini öyrənmək mümkün olmayıb.
Yazıda adları çəkilən şəxslərin fikirlərini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ