Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə Bakı və bölgələrə qatar biletlərinin qiymətlərinin artacağı ilə bağlı müxtəlif məlumatlar dolaşır. Bu şayiələr sərnişinlər arasında narahatlıq yaradıb.
Xüsusilə gündəlik olaraq iş və ya təhsil məqsədilə qatardan istifadə edənlər, eləcə də rayonlara səyahət edən sərnişinlər üçün qiymət dəyişikliyi məsələsi böyük maraq doğurur.
Xeberdar.net məlumat verir ki, məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC Baku.vs-yə xəbərin yanlış olduğunu bildirib.
“Qiymətlərdə hər hansı dəyişiklik gözlənilmir”, - məlumatda qeyd olunub.