2026-cı ildə açılacaq zavod Portuqaliyanın “Tekever” şirkəti tərəfindən tikiləcək
Böyük Britaniya hökuməti Suindonda yeni pilotsuz uçuş aparatlarının istehsalı zavodunun açıldığını elan edib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ildə açılacaq zavod Portuqaliyanın “Tekever” şirkəti tərəfindən tikiləcək və bu, Böyük Britaniyada onun dördüncü müəssisəsi olacaq.
Müdafiə naziri Con Hilinin sözlərinə görə, zavodun açılışı ilk dəfə olaraq Böyük Britaniyaya AR5 dronlarının əsas istehsalını qurmağa imkan verəcək, həmçinin mövcud AR3 istehsalatın gücünü artıracaq.