İranlı rəsmi:"ABŞ-la müzakirələrin mənası yoxdur

588 22-05-2019, 17:20 dunya

İranlı rəsmi:"ABŞ-la müzakirələrin mənası yoxdurABŞ-ın İran xalqına təzyiq göstərdiyi və öhdəlikləri yerinə yetirmədiyi zamana kimi, bu ölkə ilə müzakirələrin mənası yoxdur.

Bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

M.Vaezinin sözlərinə görə, son günlər, əsasən 8 maydan sonra müxtəlif ölkələrin Hərtərəfli Birgə Fəaliyyət Planının qorunması və regionda qarşıdurmanın olmamasının tərəfdarı olduğu müşahidə olunur:

“Bu ölkələr Hərtərəfli Birgə Fəaliyyət Planının əhəmiyyətini nəzərə alaraq gedişatın İranın razılığını qazanmaq istiqamətində olmasını istəyirlər. Amma bu səylər İranla ABŞ arasında müzakirənin aparılması demək deyil”.

2016-cı il yanvar ayında İranın nüvə proqramı haqda İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayının 8-dən bu plandan çıxdığını elan və 2018-in noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.

XƏBƏR LENTİ