Ümid Partiyasından hakimiyyətə çağrış

1 265 22-05-2019, 18:37 siyaset / gundem

Ümid Partiyasından hakimiyyətə çağrış
Son bir neçə gün ərzində Azərbaycan Xalq Hərəkatının 40-a yaxın fəalının həbs olunması və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (MCQMİ) aparılması ilə bağlı məlumatlar yayılıb.
Azərbaycan Xalq Hərəkatı üzvlərinin həbsinə münasibət bildirən Ümid Partiyası İcra Aparatının Rəhbəri Taleh Əliyev xeberdar.net saytına bildirib ki, həbs olunanlar haqqında mətbuata sızdırılan informasiyalar Azərbaycan Xalq Hərəkatına qarşı aparılan planlı repressiya siyasətinin və psixoloji təzyiqin tərkib hissəsidir. Azərbaycanda siyasətlə maraqlanan hər kəs bilir ki, sabiq daxili işlər naziri general-leytenant İsgəndər Həmidovun təşəbbüsü ilə formalaşan və bu gün də onun şəxsiyyəti ətrafında sıx birləşən insanların mütləq əksəriyyəti Qarabağ müharibəsi döyüşçüləridir. Onlar üçün öncə vətən anlayışı daha müqəddəsdir. Görünür, belə bir siyasi qüvvənin meydana atılması mövcud siyasi hakimiyyəti çox ciddi narahat etdiyindən onlara qarşı repressiv mübarizə üsulu seçib.

“Mən düşünmürəm ki, belə metodlarla general-leytenant İsgəndər Həmidovu və onun tərəfdarlarını qorxutmaq olar. Əksinə, hesab edirəm ki, hakimiyyət repressiv siyasəti ilə beynəlxalq aləmdə öz imicini korlamaqla yanaşı, həm də uzun illər xalq arasında yaratdığı qorxu sindromunu aradan qaldıracaq.” – deyə politoloq Taleh Əliyev bildirib.

T.Əliyev əlavə olaraq qeyd edib ki, Ümid Partiyası olaraq, siyasi mübarizədə repressif metodlardan istifadəni yolverilməz hesab edir və Azərbaycan Xalq Hərəkatı üzvlərinin həbsini vətəndaşlarımızın əsas insan və vətəndaş hüquqlarının məhdudlaşdırılmasına cəhd kimi qyimətləndirərək, qətiyyətlə pisləyirik! Hakimiyyəti Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq və ifadə azadlığı hüququna hörmət etməyə və həbs olunanları dərhal azadlığa buraxmağa çağırırıq.

Xeberdar.net

XƏBƏR LENTİ