Litvada prezident seçkiləri başa çatdı –Rusiya əleyhdarı olan bankir qalib gəldi

Litvada prezident seçkiləri başa çatdı –Rusiya əleyhdarı olan bankir qalib gəldiMayın 26-da Litvada keçirilən prezident seçkisinin ikinci mərhələsi də başa çatıb.

Xeberdar.net Azadlıq Radiosuna istinadla xəbər verir ki, prezidentlik uğrunda keçmiş bankir Qitanas Nauseda ilə deputat və keçmiş maliyyə naziri İnqrid Simoniti arasında gedən mübarizədən birinci – sabiq bankir qalib çıxıb.

55 yaşlı Nauseda səslərin 74, onun rəqibi Simoniti isə 26 faizini yığıb.

Beləliklə, Rusiya ilə həmsərhəd və NATO üzvü olan daha bir respublikada Rusiyayaya qarşı sərt mövqeyi ilə seçilən namizəd qələbə çalıb.
Litvada prezident seçkiləri başa çatdı –Rusiya əleyhdarı olan bankir qalib gəldi
Xatırladaq ki, hələ seçki kampaniyasının gedişində hər iki namizəd vəd etmişdi ki, Rusiya ilə sərt kurs tərəfdarlarıdır və Rusiya, Ukraynanın Krım yarımadasından çıxmayınca, prezident Vladimir Putinlə görüşə getməyəcəklər.

Onu da qeyd edək ki, 2014-cü ilin martında Krımın ilhaqından sonra NATO, Litva da daxil olmaqla, Mərkəzi və Şərqi Avropada hərbi fəaliyyətini gücləndirib. Həmçinin Litva ilə Rusiya arasında gərginliyin artdığı müşahidə olunur. Litva son aylar Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən bir neçə nəfəri həbs edib.

Litvada prezidentin səlahiyyətləri məhduddur, amma xarici siyasətə görə o cavabdehdir və Avropa Birliyinin sammitlərində ölkəni prezident təmsil edir.

Həmçinin nazirlər, hakimlər, hərbi rəislər və mərkəzi bankın sədrini, adətən, parlament və baş nazirin razılığı ilə o təyin edir.

Litvada prezident seçkiləri başa çatdı –Rusiya əleyhdarı olan bankir qalib gəldi

  • 27-05-2019, 10:24
  • 371


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  3. 14 gün bu metodu etsəniz, virus məhv olar - Türk professordan açıqlama
  4. Temperatur kəskin enir: 2 DEKABRADƏK... - XƏBƏRDARLIQ
  5. “Yaxt klub”da oğurluq olub
  6. Neft yenidən bahalaşıb
  7. Bakıda 15 yaşlı yeniyetmə vəfat etdi
  8. Jurnalistlər Eldəniz Səlimovun məhkəməsinə buraxılmadı
  9. “AzerGold” şefi Zakir İbrahimovun QIZIL KİMİ OĞLU… – NƏ İŞLƏR ÇEVİRİR… FOTO
  10. Nazir müavinləri təbiətin QƏNİMİNƏ ÇEVRİLİB - FAKT BUDUR!
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI