Təhsil nazirinin müavini:"Bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var"

Təhsil nazirinin müavini:"Bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var"“Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur və bunun da obyektiv, subyektiv səbəbləri var”.

Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.

Nazir müavini bildirib ki, bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var: “Ona görə də məsələyə həssaslıqla yanaşırıq. Nəzərə alsaq ki, ölkədə 1 milyon 600 min şagird təhsil alır və onların hər birinin xarakteri ayrıdır. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olurlaar. Çünki onlarda xarakter 3-5 yaşlarında formalaşır. Ona görə də məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmamışıqsa gələcək inkişaflarında problem ola bilər”.

O qeyd edib ki, məktəblərdə hər kəsə istənilən tərbiyə verilə bilməz: “Odur ki, məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Nazirlik tərəfindən bu kimi gərginliklərin aradan qaldırılması üçün xüsusi addımlar atılıb. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər”.

F.Qurbanov əlavə edib ki, təhsil sahəsində aparılan islahatlar bir çox məsələlərlə əlaqəlidir: “10 ildən sonra dünyada mövcud ixtisas və peşələrin 80 faizinə ehtiyac olmayacaq. Hansı sahə daha çox inkişaf edəcək o sahələrə görə də qərarlar veriləcək. Bu da iqtisadi strategiya ilə əlaqəlidir. Təhsil sistemi elə baza bilikləri verməlidir ki, gənclərimiz o bazanın biliklərinə yiyələnə bilsinlər”. /Report

Təhsil nazirinin müavini:"Bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var"

  • 30-05-2019, 12:28
  • 243


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır
  2. Partiya sədri Şuşa ilə bağlı Prezidentə müraciət etdi
  3. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
  4. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
  5. İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi
  6. Vəhşicəsinə öldürülən “Emin 444”ün anasından şok açıqlamalar – Video
  7. Deputat: “Karantin rejimində toylar keçirilsin”
  8. Azərbaycan sərhədləri açır? - Nazirlər Kabineti açıqladı
  9. Millət vəkili problemi həll etdi - FOTO
  10. Sabiq Nazirin topdağıtmaz biznesi - SİYAHI
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI