Bakıda 41 yaşlı kişi girov götürülüb – 10 min tələb edilir

727 31-05-2019, 11:47 kriminal

Bakıda 41 yaşlı kişi girov götürülüb – 10 min tələb edilirBakıda 41 yaşlı kişi girov götürülüb.

ONA-nın məlumatına görə, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Səbirə İsrafil qızı Bəxtiyarova Nizami rayon Polis İdarəsinı ərizə ilə müraciət edərək oğlu, 1978-ci il təvəllüdlü Yasin Bəxtiyarovun mayın 28-də paytaxtın M.Şərifli küçəsindən qaçırıldığını bildirib.

O, şikayət ərizəsində qeyd edib ki, oğlunu 3 naməlum şəxs silahla hədələyərək avtomobilə mindirərək naməlum istiqamətdə aparıblar. Həmin şəxslər ondan övladını azad etmək üçün 10 min manat pul tələb ediblər. Qadın tələb olunan pulun 8 min manatını verib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

XƏBƏR LENTİ