Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək –Bu gün

743 12-06-2019, 10:20 cemiyyet

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək –Bu günBu gün Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriyaarasında üçtərəfli görüş keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyindən Xeberdar.net-ə verilən məlumata görə, hər üç ölkənin müdafiə nazirləri artıq Qəbələ şəhərindədir.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Xeberdar.net

XƏBƏR LENTİ