“Qarabağ” növbəti futbolçu transferini gerçəkləşdirib

3 607 4-07-2019, 11:57 idman

“Qarabağ” növbəti futbolçu transferini gerçəkləşdirib
“Qarabağ” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sol cinah müdafiəçisi Ailton Ferreyra Silva ilə anlaşma əldə olunub.

Müqavilə üzrə Almaniya “Ştutqart”ına məxsus olan 24 yaşlı braziliyalı oyunçu bir illik icarəyə götürülüb.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl hücumameylli Xayme Rodrigesi transfer edib.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

XƏBƏR LENTİ