Rusiyanın İrandakı səfirliyində partlayış olub – Ölənlər var

670 5-07-2019, 13:39 dunya

Rusiyanın İrandakı səfirliyində partlayış olub – Ölənlər varusiyanın İrandakı səfirliyinin həyətində avtomobildə yanğın və partlayış baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün yerli vaxtla saat 04:38-də paytaxt Tehranda Rusiyanın bu ölkədəki səfirliyinin binası yaxınlığında betonqarışdıran yük maşını ilə minik avtomobili toqquşub.

Zərbənin gücündən yük avtomobili səfirliyin hasarına çırpılıb və aşıb. Nəticədə partlayışla müşahidə olunan yanğın baş verib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Səfirlik əməkdaşlarından ölən və ya xəsarət alan yoxdur.

XƏBƏR LENTİ