Gürcüstanın hakim və müxalifət partiyaları qətnamə hazırlayıb

Gürcüstanın hakim və müxalifət partiyaları qətnamə hazırlayıbGürcüstanın hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğu Tbilisidə iyunun 20-21-də baş vermiş hadisələrlə bağlı qətnamə layihəsi hazırlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, parlament çoxluğunun lideri Gia Volski sənədin qeydiyyata alındığını bildirib.

On maddədən ibarət qətnamədə bildirilib ki, iyunun 20-21-də hakimiyyət azad fikir ifadə etmə və dinc aksiyanın keçirilməsi ilə bağlı maksimum sərbəstlik təmin edib.

Sənəddə ayrı-ayrı siyasətçilərin vətəndaşların etirazını öz məqsədləri üçün istifadə etməsi pislənilib və polisin güc tətbiq etməsinin qanuni olduğu vurğulanıb.

Müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) da qeyd olunan hadisələrlə bağlı beş maddədən ibarət qətnamə layihəsi təqdim edib. Sənəddə bildirilib ki, Rusiya Dumasının üzvü Sergey Qavrilovun sədrliyi altında Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı Baş Assambleyası dövlət maraqlarına qarşı yönəlib.

VMHP S.Qavrilovun Gürcüstana səfərini təşkil edən rəsmi şəxslər və partiya üzvü Nika Melianın deputat mandatının dayandırılmasının lehinə səs verən deputatların “Qavrilov siyahısı”na daxil edilməsi və onlara qarşı sanksiyaların tətbiq olunmasını tələb edib.

Gürcüstanın hakim və müxalifət partiyaları qətnamə hazırlayıb

  • 5-07-2019, 14:00
  • 83


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI