“Saxta yollarla “Veteks” şirkətini tenderin qalibi edirlər” - ZƏRDABDAN ŞİKAYƏT

“Saxta yollarla “Veteks” şirkətini tenderin qalibi edirlər” - ZƏRDABDAN ŞİKAYƏT“Dəfələrlə cənab prezidentimiz İlham Əliyevə, Birinci Vitse-prezident xanım Mehriban Əliyevaya və Prezident Administratsiyasının məsul şəxslərinə məktub və teleqramlarla müraciətlər etsəm də, müraciətlərim ünvanlarına çatdırılmır. Mənim istəyim həmin şəxslərin qəbuluna düşməkdir”.

Bunu “Hürriyyət” qəzetinin elektron ünvanına Zərdab rayonu, Çallı kəndi sakini Məmmədov Mehman Məhəmməd oğlu yazıb.

“Lütvəli Babayev və Zərdab şəhər icra nümayəndəsi Hafis Kərimov sahibkarlığa kölgə salaraq..”

M.Məmmədov qeyd edib ki, o, “Simvol-2012” MMC-nin direktorudur: “Cənab prezidentimizin sahibkarlığa önəm verdiyi bir vaxtda Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev və Zərdab şəhər icra nümayəndəsi Hafis Kərimov sahibkarlığa kölgə salaraq, saxta yollarla tenderlər keçirərək “Veteks” şirkətini tenderin qalibi edirlər. “Veteks” şirkətinin işçisi Vüqar adlı şəxsin gördüyü işlərin kağız üzərində adı var, amma görülən işlər yox dərəcəsindədir. Bütün bunlarla əlaqədar cənab Prezidentimizə müraciətlər etmişəm ki, 2017/18-ci illərdə Zərdab rayonunda görülən işlərin mənim iştirakımla yoxlanılması barədə komissiya ayrılsın”.

“Yoxlama komissiyasının ayrılması üçün cənab Prezidentdən kömək istəyirəm”

M. Məmmədov boğulan haqq səsinə səs verilməsini xahiş edir: “2017/18-ci illərdə Zərdab rayonuna ayrılan təmir və abadlıq pullarının hara və nəyə xərcləndiyinin araşdırılıb üzə çıxarılması üçün yoxlama komissiyasının ayrılması üçün cənab Prezidentdən kömək istəyirəm. Çünki Zərdab rayon rəhbərləri görülən işlər barədə Prezidentə və Prezident Administratsiyasının işçilərinə düzgün məlumat vermirlər”.

Xeberdar.net

“Saxta yollarla “Veteks” şirkətini tenderin qalibi edirlər” - ZƏRDABDAN ŞİKAYƏT

  • 5-07-2019, 14:13
  • 100


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI