“VAŞİNQTON TÜRKİYƏYƏ MÜTTƏFİQ DEYİL, DÜŞMƏN KİMİ BAXIR” –türk analitik Ankara-Dəməşq ittifaqını qaçılmaz sayır – Müsahibə

531 29-07-2019, 10:02 dunya

“VAŞİNQTON TÜRKİYƏYƏ MÜTTƏFİQ DEYİL, DÜŞMƏN KİMİ BAXIR” –türk analitik Ankara-Dəməşq ittifaqını qaçılmaz sayır – MüsahibəMira Həsənova

regnum.ru, 27.07.2019



ABŞ Rusiyanın S-400 zenit raketi sistemlərinin alqısı ilə bağlı Türkiyəyə təzyiqi davam etdirir. Komplektləyicilərin sazişə dürüst uyğunluqla göndərilməsi Vaşinqtonda qəzəb doğurub. Amerikalılar Ankaranın ünvanına növbəti hədələrə əl atıblar. Amma türklər geri çəkilmirlər.

REGUM İA-nın suallarını Türkiyə eksperti, tarix elmləri doktoru, İstanbul Universitetinin professoru Mehmet Perinçek cavablandırır.



-ABŞ dövlət katibi Mayk Pompeo Türkiyəni Rusiyadan alınmış və artıq Türkiyəyə göndərilmiş Rusiyanın S-400 zenit raketi komplekslərini qurmamağa çağırıb. Senator Lindsi Qrem ABŞ prezidenti Donald Trampın tapşırığı ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya zəng edib və bildirib ki, Ankara “S-400”-ləri “qoşmasa”, Türkiyəyə qarşı sanksiyalar olmayacaq. Bu bəyanat ABŞ-ın mövqeyinin yumşalmasından xəbər verirmi? Axı Vaşinqton əvvəllər israr edirdi ki, Türkiyə S-400-ün tədarükündən tam imtina etməlidir.


-Biz artıq başqa bir dünyada yaşayırıq. ABŞ Türkiyəni nəyəsə məcbur edə bilmir. Vaşinqtonun göstəriş verdiyi, ölkələrin də onun əmrlərini icra etdiyi dönəmlər arxada qalıb. S-400 hansısa adi bir məhsul, ya da xammal deyil. S-400-ün alqısı Türkiyənin milli təhlükəsizliyi ilə birbaşa bağlıdır. Türkiyə NATO-ya daxil olsa da, alyansdan ziyan görən ölkədir, buna görə də, məsələn, ABŞ-la potensial toqquşma halında ona müstəqil müdafiə sistemi gərəkdir. Axı Ankara bu halda NATO sistemlərindən istifadə edə bilməz, buna görə də NATO-dan asılı olmayan hərbi sistemləri əldə etmək Türkiyə üçün həyat önəmli məsələdir. Ankara S-400-ü alıb, bu faktdır, onlardan da həqiqətən istifadə edəcək, ABŞ isə buna heç cür mane ola bilmir, Vaşinqton Türkiyənin suveren qərarı ilə barışmalıdır.

-Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib ki, ABŞ tərəfdən hədələr davam edəcəyi halda Türkiyə 100 “Boeing” təyyarəsinin alqısı haqda amerikalılarla sazişə də yenidən baxa bilər – buna görə saziş artıq imzalanıb. Prezident Türkiyəyə F-35-lərin satışından imtina barədə isə deyib ki, “biz başqa yerə müraciət edərik”. Hadisələr bundan sonra necə inkişaf erdəcək və bütün bunlar nə ilə qurtara bilər?

-Bu məsələlərin hamısı Türkiyə üçün həyat önəmlidir və o öz mövqeyindən geri çəkilə bilməz. Bu, müstəqilliyi itirməyi bildirərdi. ABŞ Türkiyənin suverenliyinə sayğı göstərməli və anlamalıdır ki, artıq dünya jandarmı deyil. Qoy Ağ Ev Trampın özünün də seçkiqabağı kampaniyanın gedişində söz verdiyi kimi ölkənin daxili problemlərilə məşğul olsun. Hədə siyasəti davam edəcəyi halda Türkiyə ilə münasibətlərdəki böhran həqiqətən dərinləşəcək, çünki Ankara bu məsələlərdə öz mövqeyindən heş vaxt geri çəkilməyəcək. Və hətta yaxşıdır ki, bütün bunlar baş verdi. Türkiyə kimin əsil dost, kimin düşmən olduğunu ayırdı edə bildi. Bu, Türkiyə dövləti üçün çox ciddi sınaqdır, amma nəzərə almaq gərəkdir ki, Türkiyənin güclü daxili dinamikası və güclü beynəlxalq müttəfiqləri, ABŞ tərəfdən təhdidlərə müqavimət üçün yollar var.

-Fəratdan şərqdə təhlükəsizlik zonası qurmaq və kürdlərin döyüş dəstələrinin (YPG) oradan çıxarılması üzrə ABŞ Dövlət Departamentinin təmsilçilərilə Ankara danışıqlarının yekunlarını necə dəyərləndirirsiniz?

-Türkiyənin amerikalılarla danışıqları nəticə verməyib, Vaşinqton bu görüşdən uğur gözləmirdi də, onlar, sadəcə, Türkiyənin Suriyada hərbi əməliyyatını dayandırmaq istəyirlər. Türkiyə və ABŞ-ın maraqları üst-üstə düşmür, hətta bir-birinə qarşıdır. ABŞ Şimali Suriyada Kürdüstan deyilən ərazidən Aralıq dənizinə qədər dəhliz açmağa çalışır ki, bu oyuncaq dövlət yaşasın. Buna görə də Ankara və Vaşinqton arasındakı qarşıdurmanı strateji saymaq olar, bu, ötəri və taktiki deyil. Türkiyə ABŞ-la yalnız o, Yaxın Şərq planlarından imtina edəcəyi halda və Vaşinqton Suriyadan öz qoşunlarını çıxarmaq vədini yerinə yetirərsə, anlaşa bilər. ABŞ-ın bölgədə əsas müttəfiqi heç də Türkiyə deyil, kürd separatçıları – Kürdüstan Fəhlə Partiyası (PKK), Demokratik Birlikdir (PYD). ABŞ hətta kürd separatçılarını özünün quru qüvvəsi adlandırır. Vaşinqton bölgədə Türkiyəyə müttəfiq deyil, düşmən güc kimi baxır.

–Ankara bu durumda necə hərəkət etmək niyyətindədir? Öz sərhədlərindəki təhlükəni hansı qüvvələrlə ittifaqda neytrallaşdırmalıdır?

–Suriyanın şimalından, yəni Fəratın şərqindən Türkiyəyə sarı birbaşa təhlükə yönəlib. Ankara bu təhlükəni ancaq Dəməşqlə ittifaqda aradan qaldıra bilər. Suriyanın rəsmi hökumətilə münasibətləri yoluna qoymaq gərəkdir, çünki Dəməşq də Şimali Suriyada müstəqil kürd dövləti yaratmağa qarşıdır, Dəməşq və Ankaranın maraqları bu məsələdə üst-üstə düşür. Türkiyə ümumi təhlükəyə qarşı Dəməşqlə əməkdaşlıq etməlidir və Ankaranın seçimi yoxdur. Bu, ABŞ və kürd separatçıları tərəfdən təhlükələri neytrallaşdırmaq üçün zəruridir. Bu məsələnin həlli üçün Astana prosesinin önəmini də qeyd etmək gərəkdir. Türkiyə Rusiya və İranla işbirliyini gücləndirməlidir. Bu ölkələrin hamısı Dəməşqlə işbirliyində Suriya ərazisində terrorçu-təməlçilər və separatçılarla birgə mübarizə aparmalıdır. Onlar əvvəlcə İdlibdəki terrorçu-təməlçiləri birgə məhv edə bilər, sonra isə Rusiya, İran və Suriya Şimlai Suriyada onları Fəratın şərqindən qovaraq Türkiyəyə separatçılardan qurtulmaqda yardım edə bilər.

Tərcümə Strateq.az-ındır.

XƏBƏR LENTİ