Bakıda administrator toy sahiblərinə qarşı dələduzluq edib – Şadlıq sarayı mərasim evinə çevrilib

Bakıda administrator toy sahiblərinə qarşı dələduzluq edib – Şadlıq sarayı mərasim evinə çevrilibBakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən “Leyla” şadlıq sarayının administratoru toy sahiblərinə qarşı dələduzluq edib.

Bu barədə “Report”a şadlıq sarayında toy etmək istəyən şəxslər məlumat veriblər.

Bildirilib ki, şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib. Daha sonra aldığı behləri götürərək qaçıb.

Şadlıq sarayı isə iyul ayının ortalarında bağlanıb və 10 gün ərzində sarayda müəyyən dəyişikliklər edilərək mərasim evi kimi fəaliyyətə başlayıb.

“Leyla” şadlıq sarayında avqustun 4-nə toy təyin edən şəxsin sözlərinə görə, toya 10 gün qalmış saraya yaxınlaşıb və sifariş verdiyi dəvətnamələri götürüb. Lakin əlavə dəvətnaməyə ehtiyac olduğundan bir gün sonra yenidən şadlıq sarayına gələn toy sahibi gördüyü mənzərədən şoka düşüb və huşunu itirərək yerə yıxılıb: “Gəlib gördüm ki, şadlıq sarayında hüzr mərasimidir, molla oturub “Yasin” oxuyur. Soruşdum ki, bu nə məsələdir? Dedilər ki, bura 1 həftədir mərasim evi kimi fəaliyyətə başlayıb. Maraqlandım ki, məndən və mənim kimi 100-ə yaxın şəxsdən beh alan sarayın Akif adlı administratoru pulları götürərək aradan çıxıb”.

Zərərçəkən əlavə edib ki, sarayın önündə “şadlıq sarayı” sözü sökülüb, yerinə “mərasim evi” yazılıb: “Sarayın içərisi mərasim evinə uyğun şəkildə hazırlanıb və təmir işləri aparılırdı. Orada çalışan ustalar bildirdilər ki, hər gün 10-a yaxın toy sahibi saraya gəlir. Sarayın sahibinin baş verən hadisələrdən administratorun yoxa çıxdığından sonra məlumatı olub. O, iki ay əvvəl administratora toy üçün sifarişlərin götürülməsini dayandırmağı və kimdən beh alıbsa qaytarmağı tələb edib. Administrator isə qaçıb”.

Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil.

Bakıda administrator toy sahiblərinə qarşı dələduzluq edib – Şadlıq sarayı mərasim evinə çevrilib

  • 6-08-2019, 11:37
  • 114


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  2. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
  10. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI